Türkiyə

Türkiyə

Türkiyə Avropa və  Asiyanın ərazisində yerləşir. Ölkənin ərazisi öz sahəsinə görə dünyada 36-cı yer tutur və təxminən 784 min kvadrat metr təşkil edir. Türkiyənin qonşuları: Şərqdə – Gürcüstan, Azərbaycan, Ermənistan və İran; Cənubda- Suriya və İraq; Qərbdə-Bolqarıstan və Yunanıstan. Ölkənin ərazisi dörd dəniz tərəfindən yuyulur: Aralıq, Qara, Mərmərə və Egey.

Dövlətin paytaxtı Ankara şəhəridir.

Ölkə qədim memarlıq abidələri ilə zəngindir. İstanbulda olarkən Topqapı Sarayını, Qızıl Bazarını və Müqəddəs Sofiya Kilsəsini ziyarət etməyə dəyər. Perge ətraflarında antik stadion və teatr bizim günlərə kimi qorunub-saxlanılıb. Mira xarabalıqlarına Demre yaxınlığında baxmaq olar. Antaliya ətrafında təbiətin ən gözəl abidələri yerləşir: Güver – 110 metr dərinliyində kanyon;  Köprülü və Yuxarı Düden şəlalələri;  qədim Karain mağarası.

Alanya öz Bizan qəsri və 30 metrlik Qırmızı qala ilə məşhurdur. Belek bölgəsində, ərazisi 500 hektar sahəni əhatə edən “Köprülü kanyon” adlı park-qoruğu yerləşir.  Pamukkaledə ahəng daşının ağ  yığıntısına görə qar təəssüratı yaranır.