Rayonlar

QUBA

Quba rayonu Azərbaycanın şimal-şərq hissəsində, Bakıdan şimala doğru yerləşir. Bu, paytaxta ən yaxın dağlıq ərazidir. Qubaya səyahət, Sizə, Azərbaycanın mənzərəli yerlərində yaxşı istirahət etmək, Çıraq-qala qalasına ekskursiya getmək, yüksək dağ kəndi Xınalığı ziyarət etmək fürsətini bəxş edəcək. Quba Azərbaycanın inkişaf etmiş kənd təsərrüfatı rayonlarından birdir və Quba rayonunun inzibati mərkəzidir. Şəhər məşhur Şahdağın şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşir. Turist sahəsi Qubada yaxşı inkişaf edib. Burada çoxlu sayda istirahət zonaları, otellər, restoranlar və mənzərəli yerlər var. Qubanın ətrafları da gözəldir. Hündürlüyü 30 metr olan Afurca şəlaləsi və Təngə dərəsi turistlər üçün xüsusilə maraqlıdır. Qubada xalçaçılıq mərkəzi də var, çünki bu zona, dünyanın bir çox müzeylərinin və özəl kolleksiyaların yaraşığı olmuş “Çiçi”, “Sırt Çiçi”, “Qımıl”, “Cimi”, “Yerfi” növlü xalçaları ilə şöhrət qazanıb. Şəhərdə, həmçinin Səkinəxanım məscidi, Cümə məscidi, XVI əsrə aid məqbərəsi, qədim şərq hamamları kimi tarixi abidələr qorunub saxlanılıb.

Qusar

Qusar Azərbaycanın şimalında, Böyük Qafqazın dağətəyilərində, Qusarçay çayının üzərində Xudat dəmiryolu stansiyasından cənub-qərbə doğru 35 kilometr və Bakıdan 180 kilometr məsafədə yerləşən şəhərdir. Şəhər Bazardüzü və Şahdağ dağına, habelə Rusiya sərhədinə yaxındır. Qusarın ərazisinin bir hissəsi, Azərbaycanda ən böyük olan Şahdağ milli parkına daxildir. İlboyu fəaliyyət göstərən “Şahdağ” Turizm mərkəzi çox populyardır.

Qışda – populyar dağ-xizək kurortu, yayda isə – Böyük Qafqaz dağ silsiləsinin vadisində turbazadır. Kompleksin yaxınlığında, dağlarla əhatə olunmuş və böyük şəlalələri ilə məşhur Laza adlı yaşayış məntəqəsi var. Qışda, buz bağlamış şəlalələrdə qayalara dırmaşma üzrə yarışlar keçirilir. Qusar turizmi rayon şəraitlərinin köməkliyi ilə inkişaf edir. Ekoloji turizm üçün Qusarda bütün şəraitlər var. Ekoloji marşrutları üç sahəyə bölmək olar:

1) Qusar-Laza istiqaməti, turistlərə tarixi Aniq kəndini ziyarət etmək, kəndin tarixi abidələrini seyr etmək və xalq sənətinin nümunələrinə tamaşa etmək təklif edilir.

2) Qusar-Sudur istiqaməti. Turist və səyahətçilər Xəzrə kəndindəki Şeyx Cüneyd türbəsini ziyarət edə bilərlər.

3) Qusar-Qazanbulaq istiqaməti. Bu marşrutda ən maraqlı olan “Əlistan baba” fıstıq meşəsidir.

Xaçmaz 

Xaçmaz Samur-Dəvəçi ovalığının bir hissəsini tutur və Azərbaycanın şimal-şərqində yerləşir. Şimaldan Rusiya ilə həmsərhəddir. Onun ərazisindən magistral şoselər və Bakı-Moskva dəmiryolu keçir. Bu rayonun iqlimi mülayim isti yarımsəhra və quru çöl iqlimidir. Buna baxmayaraq, ərazisinin 20 hektardan çox sahəsi meşə ilə örtülüb, bir neçə çay, bulaq, termal və mineral su çeşmələri var. Bütün rayon üzrə 60-a yaxın tarixi və mədəni abidələr qorunub saxlanılıb, ənənəvi sənətlərdən xalçaçılıq daha çox inkişaf edib. Xaçmazda “Xaçmaz” mehmanxanasında qalmaq olar. Xaçmazın ərazisində böyüklüyünə və abadlığına görə Xəzər sahilinin ikinci istirahət zonası yerləşib. Bu istirahət zonası Xəzər dənizinin sahili boyu Muxtadır qəsəbəsindən Nabran qəsəbəsinədək və daha çox uzanır. Burada yerləşmək üçün çoxlu turbaza və pansionatlar var.

Nabran

Bu zona onunla maraqlıdır ki, qumlu çimərlikdən dərhal sonra, müxtəlif turbazaların, düşərgələrin, pansionatların, istirahət evlərinin yerləşdiyi meşə xətti başlanır. Bütün bunların şəraitləri fərqlidir – “lüks” sinifli mehmanxanalardan, az sayda insanların qalmaqları üçün nəzərdə tutulmuş dəbdəbəli kotteclərdən çadır şəhərciklərinədək. Nabranın əsas sərvəti onun təəccüblü havasıdır. Qədim dağlar düz dəniz sahilindən başlanır. Çimərlik yer altından vuran bulaqlardan yaranan bataqlılarla sahildən ayrılır. Bu bataqlıqlarda tısbağalar və müxtəlif balıq növləri var. Çox əsirlik palıd, fıstıq və qarağac ağaclarının arasında yenotlar və vəhşi qabanlar yaşayır. Dağətəyilərində bayquş və maral görmək olar. Xəzərə axan çoxsaylı çaylar qumlu sahili bir neçə hissəyə bölür. Buranın iqlimi yumşaq və mülayimdir: qışda hava nəm və az şaxtalı olur, yayda isə hava isti və quru keçir. Çimərlik mövsümü mayın sonunda başlanır və sentyabrın əvvəlinədək davam edir. Ən məşhur turbazaları: “Atlant”, “Lotos”, “Palma”, “Malibu”. Şimal-qərb turizm zonası Şamaxı-İsmayıllı- Qəbələ-Şəki

Şamaxı 

Şamaxı rayonu- Azərbaycanın tarixi vilayəti – keçmiş Şirvanşahlar dövləti -qədim Şirvanın mərkəzidir. Böyük Qafqazın cənub-şərq dağətəyilərində yerləşir. Rayonun əsas hissəsində iqlim mülayim-istidir, yay quru keçir. Şamaxı Azərbaycan üzümçülüyünün ən böyük mərkəzidir. Şamaxı çaxırları tək yerli bazarda məşhur deyil, onlar artıq çoxdandır ki, beynəlxalq sərgilərdə medal və diplomlar qazanmışlar. Bu region paytaxt sakinlərinin, turistlərin, idman turizmi həvəskarlarının sevimli istirahət yeridir. Rayonun ərazisində “Pirqulu” qoruğu yer alıb. Dağ kəndlərində məşhur xalçalar toxunur. Şamaxı Yaxın Şərqdə ən iri ticarət-sənət mərkəzlərindən biridir. Şamaxı torpaqları üzüm sahələri, otlaqlar, çaxır və konyakları ilə şöhrət qazanıb. Burada nə güclü şaxta, nə də ki qızmar istilik olmur – özünə məxsus təbiət, yumşaq iqlim, mineral bulaqlar –bunların hamısı bütün dünyadan turistləri bura cəlb edir. Rayonun əsas relyefi dağlıqdır. Buranın təbiəti çox gözəldir – qarla örtülmüş dağlar, qalalar, çaylar və şəlalələr.

Turistlər üçün ən populyar yerlər: Sakit Gol – Silent Lake Hotel və  Shirvan Hotel & SPA

İsmayıllı 

Rayonun əsas relyefi dağlıqdır. Buranın təbiəti çox gözəldir – qarla örtülmüş dağlar, qalalar, çaylar və şəlalələr. Rayonun ərazisində 1981-ci ildə yaradılmış “İsmayıllı” qoruğu yerləşir. İsmayıllı rayonunda sənət və tətbiqi sənətin qədim ənənələri saxlanılıb. Xalçaçılıq, mis qabların və silahların zərb edilməsi, dəriçilik və dəmirçilik sənətləri, ağac və metal oymaları, üstündə naxış basması olan milli qadın örpəkləri kəlağayıların hazırlanması inkişaf edib. Lahıc və Basqalda bir çox abidələrin dövlətin mühafizəsi altına götürülmüş tarixi-mədəni qoruqlar yaradılıb. Burada Siz “Talıstan” motelində, “Qız Qalası” istirahət zonasında qala bilərsiniz.

Qəbələ 

Qəbələ rayonu Şəki-Zaqatala zonasının ərazisində, Azərbaycanın şimal-qərbi hissəsində, Dağıstan və Gürcüstanın sərhədində yerləşir. Buradan respublikanın ən yüksək zirvəsinə – Bazardüzü dağına alpinist marşrutlarından biri gedir. Qəbələ öz görməli yerləri və mədəni mərkəzləri ilə zəngindir. Regionda turizm sürətlə inkişaf edir, hal-hazırda şəhər çox sayda 4-5 ulduzlu otellər fəaliyyət göstərir, bütün rahatlıqlarla təchiz olunmuş dəbdəbəli nömrələr və kotteclər təqdim olunur. “7 Gözəl” adlanan çox gözəl şəlaləni, Nohur gölünü seyr etməyi unutmayın. “QəbələLənd” attraksionlar parkın Sizə darıxmağa imkan verməyəcək. Kurort meşələr ilə zəngindir. Rayonda çoxlu fındıq, qoz və şabalıd meşələri var.

Şəki

Şəki rayonunun dağ massivlərinin valehedici landşaftı nəinki təbiətin gözəllikləri, həm də hər yerdə rast gələn çoxəsrlik tarixin abidələri ilə maraq yaradır. Bu abidələr, nəsildən nəslə ötürülən və qayıtmayacaq dəyərlərin yaradılmasına və saxlanılmasına dair xalqın elədikləri cəhdin inandırıcı sübutudur. Aşkar edilmiş orta əsr insan məskənləri, şəhərin əsasın 2500 il bundan əvvəl qoyulduğunun sübutudur, bu səbəbdən Şəki ölkənin ən qədim şəhərlərindən biri hesab edilir. Şəki öz sərt, və eyni zamanda təsiredici təbiəti ilə məşhurdur: güclü dağ massivləri, büllur kimi təmiz dağlıq çayları, iynəyarpaqlı meşələrin tünd yaşıllığı. Şəhərdə çoxlu tarixi və gözəl memarlıq abidələri var, lakin qədim Şəkinin fəxri dahiyanə Şəki xanlarının “Şəki Xan Sarayı”dır. Şəki iri sənət mərkəzidir. Burada yerli ustaların zərgərlik və naxışla döyülmüş məmulatları almaq olar. Turistlər üçün ən populyar yerlər: Sheki Palace Hotel.

Qax 

Qax rayonu Respublikanın şimal-qərbində yerləşir və Gürcüstan ilə həmsərhəddir. Rayonun şərqində iqlim qurudur, mərkəzində – subtropik-rütubətli ilə əvəz olunan mülayim-isti, dağlarda isə – soyuq. Rayonun ərazisində “İlisu” adlanan Dövlət qoruğu yerləşir. Qax rayonunun incisi, həmçinin, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, şəhərdən 12 kilometr məsafədə yerləşən İlisu kəndi hesab edilir. Hər il bura çox sayda turistlər gəlir, onlar bakirə təbiətə, gözəl meşəyə, müalicəvi mineral bulaqlara, mənzərəli çay və şəlalələrə tamaşa etməyə gəlirlər. Burada bir çox tarixi abidələr saxlanılıb. İlisu kəndinin ərazisində yerləşən, VII-IX əsrlərdə tikilmiş müdafiə qülləsi Sumuq qala, Ulu Körpüsü, Məbəd Kompleksi (XII əsr), Hacı Tapdıq və Yunus Əmrə türbələri. Turistlər üçün ən populyar yerlər: Ulu Dag Resort, Green Park Resort

Zaqatala 

Zaqatala rayonu Böyük Qafqazın qollarında, respublikanın şimal-qərbində yerləşir. Rayonun şimal-şərq sərhədi üzrə Azərbaycanla Rusiyanın sərhədi uzanır. Relyef- dağlıq və düzənlik, iqlim – dağlarda soyuq, düzənliklərdə isə ilıq. Rayonda çoxlu meşə var, lakin onlar, əsasən, dağ və dağətəyilərində yerləşir. 1929-cu ildə, burada, Əsas Qafqaz dağ silsiləsinin yamacında “Zaqatala” adlanan qoruq yaradılmışdır. Qoruğun ərazisində, turistlərin dincələ və gecəni keçirə biləciyi məkanlar var. Rayonun tarixi abidələrə, qədim vaxtlarda bəri bu günlərədək qalmış Gözbarax və Qalal, Kebeloba, Car kəndlərdə yerləşir. İqlim xüsusiyyətlərinə və təbiətinin gözəlliyinə görə bu şəhəri əsl kurort adlandırmaq olar. Burada, 14 hektar sahədə, mədəniyyət və istirahət parkı salınıb. Həmçinin maraqlı təbiət abidəsi – 800 yaşlı çinar ağacı, orta əsr əlyazmalarının zəngin kolleksiyası olan tarixi- ölkəşünaslıq muzeyi də var.

Turistlər üçün ən populyar yerlər: Cobalt cottage

Masalı-Lənkəran- Lerik-Astara 

Masalı 

Masallı rayonu regionun əsas nəqliyyat arteriyası – Azərbaycanın paytaxtından cənuba, İrana gedən yol boyunca yerləşir. Rayonun sərhədlərindən biri – Xəzər dənizinin sahili, digəri- Talış dağları. Ərazinin kontrast relyefi – dağlar və düzənliklər, iqlim fərqlərin əsasını qoyub – orta isti quru yay ilə subtropikə qədər. Burada axan Viləş, Alvadiçay, Tatyan çayları Xəzər dənizinə axırlar. Masallı rayonu həm termal, həm də soyuq bulaqlarla zəngindir, bəzilərinin tərkibində küllü miqdarda kükürd və digər mikroelementlər var. Rayonun mənzərəli guşələrinin birində İstisu mineral bulağı var ki, burdan çıxan su bir çox xəstəlikləri müalicə edir. Bura həm istirahət etməyə, həm də müalicə almağa gəlirlər. Bura çox gözəldir, termal su şəlaləsi və asma körpü insanı heyran edir. Masallı şəhəri Masallı rayonunun inzibati mərkəzidir. Masallının ətraflarında üzümçülük və çaxırçılıq yaxşı inkişaf edib. Şəhərin kənarında, meşədə balaca mənzərəli göl yerləşir, – bura nəinki şəhər qonaqlarının, həm də yerli əhalinin sevimli yeridir. Şəhərin ərazisində tarixi-memarlıq abidələri – XIX əsrin məscidi, qədim hamam, Ərkivan qalası, ölkəşünaslıq muzeyi; Digah və Boradigah ətraf kəndlərində – XVI əsrin məscidləri, Seyid Sadıq türbəsi. Masallıdan Lənkərana gedən yolda, Xəzər dənizinin cənub-qərb sahilində Qızılağac qoruğu yerləşir.

Turistlər üçün ən populyar yerlər: Vilesh Palace Hotel

Lənkəran 

Lənkəran rayonunun ərazisi Xəzər dənizinin şərq sahilini və düz Talış dağlarınadək Lənkəran ovalığını bütövlüklə tutur. Xəzər dənizinin yerli sahilində bir çox gözəl qumlu çimərliklər var. Nəm subtropik iqlim, mülayim qış, quru, isti yay və yağışlı payız bu regionun flora və faunasının zənginliyinin səbəbidir. Lənkəran rayonu Azərbaycanın daha bir mühüm kənd təsərrüfatı regionudur. Onun xüsusi iqlim şəraitləri subtropik bitkilərin yetişdirilməsinə imkan verir. Ölkənin Lənkəran çayının yetişdirildiyi əsas regionudur. 2004- cü ildə Milli park edilmiş Girkan qoruğu bu ərazidə yerləşir. Tarixi-memarlıq abidələrindən orijinal fasad ornamentinə sahib Xan Evi Sarayı, Kiçik Qala məscidi, Güldəsdə minarəsi, qədim Hacı Mirzə hamamı burada indiyədək qorunub saxlanılmışdır. Tarix Muzeyinə baş çəkməklə bu diyarın tarixiylə tanış olmaq olar. Şəhərdə dekorativ-tətbiqi incəsənətin emalatxanaları var. Bu emalatxanalarda ustalar ağac, daş, metal üzərində naxış vurmaqla məşğuldular. Lənkəran rayonu bütün dünyadan bura turistləri cəlb edən gözəl görməli yerlərlə zəngindir. Böyük diqqət “Lənkəran qalası”na, daha dəqiq desək ondan qalmış fraqmentlər yönəlir. Lənkəran rayonu üç turizm zonasına bölünür:

1) Sahil zonası – əgər Siz, Xəzərin sahilində istirahətdən həzzi almaq istəyirsinizsə, onda məhz bura gəlməlisiniz. Burada üstünlük təşkil edən qara qum müalicə xüsusiyyətlərinə malikdir. Bu istirahət və sağlamlıq üçün əla zonadır.

2) Haftoni zonası- turistləri cəlb edən bir çox gözəl yerlərə sahibdir. Bu ərazi həm də istirahət zonaları və sanatoriyalarla zəngindir. Meşələrində sehrli və müalicəvi xüsusiyyətlər malik “İsti Su” bulaqları var. Ekoturizmlə maraqlanan turistlər üçün burada bütün şəraitlər yaradılıb.

3) Nərimanbad zonası – bu turizm zonası, Xəzər dənizində yerləşən “Sara” yarımadasındadır. Soldan Qızılağac qoruğu ilə həmsərhəddir.

Turistlər üçün ən populyar yerlər: Luxe Lankaran Hotel

Lerik 

Lerik rayonunun ərazisi Talış dağları ilə əhatə olunub. Cənubdan və cənub-qərbdən Yardımlı rayonu, şimal-şərqdən Lənkəran rayonu, şimal-qərbdən Masallı, cənub-şərqdən isə Astara rayonu ilə həmsərhəddir. Lerik rayonu, yüksəklikdə Talış dağlarında yerləşən Azərbaycanın ən gözəl guşələrindən biridir. Ecazkar təbiət, meşə rayihəsi ilə dolğun təmiz dağ havası, bulaqlar, çaylar, bərəkətli torpaq ilə səciyyələnən bu diyar uzunömürlü sakinləri ilə məşhurdur. Lerik rayonunun ərazisində bir çox tarixi və mədəni abidələr qorunub saxlanılıb. Məsələn, daş dövrünün mağara dayanacağı; 2430 metr hündürlükdə yerləşən Mistan kəndinin yaxınlığındakı “Qız Yurdu” qədim yaşayış məntəqəsi. Həmçinin Conu kəndinin yanında Baba Həsən məqbərəsi, Mondigah kəndində Baba İsa məqbərəsi, Xanəgah kəndində Hoca Seyid (XIV əsr.) məqbərəsi, Kekonu kəndinin yaxınlığındada Pir Yusif məqbərəsi, Cabir (XII-XIV əsirlər) və Cəngəmiran kəndinə gedən yolun üstündə Xəlifə Zəkəriyyə türbələri. Burada tarix –diyarşünaslıq muzeyini ziyarət etmək, erməni-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanlarının şərəfinə ucalmış memoriala tamaşa etmək olar. Bir müddət burada qalmaq istəyən turistlərə yerli sakinlərin mənzilləri, Lənkəran-Lerik yolunda salınmış çox saylı istirahət zonaları təklif edilir. Bu istirahət zonalarından ən populyar “Şəlalə” və “Meşəçi”dir.

Turistlər üçün ən populyar yerlər: Relax Hotel and Resort

Astara 

Astara rayonu İranla sərhəddə, Azərbaycanın cənub-şərqində yerləşir. Rayon ərazisini Talış dağları tutur, digər hissəsi isə ovalıqda yerləşir. Məhz bu, regionun iqlimini özünə məxsus və digər rayonlardan fərqli edir. Rayonun ərazisində Girkan milli parkının bir hissəsi yerləşir ki, bu da bu yeri ekoturizm üçün cəlbedici edir. Astara rayonunda, İran sərhədinin yaxınlığında, İsti Su ərazisində yerdən müalicəvi mineral bulaqlar çıxır. Rayonda çayçılıq, tərəvəzçilik, sitrus meyvələrinin yetişdirilməsi inkişaf edib. Rayonun ərazisində çox sayda tarixi-memarlıq abidələri var. Şəhər Bakı-Tehran trasında əhəmiyyətli tranzit məntəqəsidir. Astara sərhədyani şəhərcikdir, bir tərəfində dəniz, digər tərəfində isə Talış dağları yerləşir. Şəhərin ətrafında düyü tarlaları var, balıqçılıq inkişaf edib ki, bu da yerli mətbəxin xüsusiyyətlərində öz əksini tapmaya bilməzdi. Astarada kifayət qədər zəngin ekspozisiyaya malik diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Muzeyin fəxri, qədim zamanlarda inkişaf etmiş ticarətin sübutu olan müxtəlif dövrlərin qədim pullarıdır.

Turistlər üçün ən populyar yerlər: Espinas Hotel

Gəncə 

Gəncə şəhəri Gəncə-Qazax ovalığında, şəhəri iki hissəyə bölən Gəncəçay çayının hər iki sahilində yerləşir. Gəncə ölkənin ikinci böyük şəhəri, qədim mədəniyyətin abidəsi, Azərbaycanın qərb hissəsinin sənaye mərkəzidir. 2.5 min yaşı olan (Gəncə şəhəri 2016- cı ildə 2510 yaşını qeyd edib) bu qədim şəhər turistlərdə hər zaman böyük maraq yaradır. Burada çoxlu meşələr, göllər, çaylar və dağlar var. Rayon mineral bulaqları və Gəncədən 48 km aralı Naftalan şəhərində çıxarılan naftalan adlanan unikal müalicəvi nefti ilə məşhurdur. Gəncə dünya şöhrətli şair Nizami Gəncəvinin, şairə Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin vətənidir. Burada bir çox tarixi abidələr var: Cümə Məscidi mədrəsə ilə, Şeyx İbrahim türbəsi, Qızıl Hacıalı məscidi, Ozan məscidi, Bağmanlar məscidi, Şərəfxanlı məscidi, Şahsevənlər məscidi, Böyük və kiçik körpülər (XII əsr), Karvansaraylar kompleksləri. Gəncə şəhərinin girişində yerləşən Nizami Gəncəvi muzeyini hökmən ziyarət etmək lazımdır. Gəncə, ölkəmizin tarixində müxtəlif dövrlərdə əhəmiyyətli rol oynayan ən qədim şəhərlərdən biridir. Gəncənin tarixi isə işğalçılar tərəfindən bünövrəsinədək işğal olunması və yenidən bərpa olunub çiçəklənməsidir. Hal-hazırda Gəncənin ətrafında çox sayda turizm marşrutları, pansionatlar, turbazalar, istirahət evləri olan Hacıkənd adlı kurort zonası yerləşir. “Göy-göl” dövlət qoruğu Azərbaycanın ilk qoruğudur. Gəncə şəhərinin tarixi haqqında daha çox məlumat almaq üçün turistlər, 30 min eksponatın sərgiləndiyi yerli diyarşünaslıq muzeyini ziyarət edə bilərlər. Yerli qəribəlik isə butulkalardan tikilmiş ikimərtəbəli evdir ki, onun tikintisinə 50 000 butulka sərf olunmuşdur.

Gəncədə, isti yay günlərində insanların gəzməyə gəldikləri çoxlu park və mənzərəli xiyabanlar var. Onların arasında ən geniş və gözəli “Xan bağı” xiyabanıdır.

Turistlər üçün ən populyar yerlər: Ramada Plaza.

Hacıkənd – Azərbaycanın məşhur dağ-iqlim kurortudur. Kurortun əsas üstünlüyü onun təkraredilməz və qeyri-adi təmiz havasıdır. Bura əsəb sisteminin və nəfəs orqanlarının xəstəliklərindən əzab çəkən insanlar gəlirlər. Hacıkənd öz ekologiyası və təbiətinin gözəlliyi ilə turistləri cəlb edir. Bu yerlərdə seyr edilən möhtəşəm mənzərələr həmişəlik yaddaşda qalır. Hacıkənd kurortu dağda, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşir. Hacıkənd, mənzərəli dağlar, gözəl çəmənlər və mineral bulaqların yer aldığı turistlər üçün cənnətin bir guşəsidir. Təmiz dağ havasına malik Hacıkəndin ətrafları və qeyri-adi gözəllik sahibi Göy-Göl gölü ilə birlikdə qoruğun ərazisi elan edilib. Piyada marşrutları və ya alpinizm kimi fəal istirahət növlərinə üstünlük verənlər yerli dağların fəth etməsində özlərini sınaya bilərlər. Son zamanlar belə turistlər üçün burada bir neçə baza yaradılmışdır. Göygöl gölü nəinki Hacıkəndin, həm də bütün regionun incisidir. Azərbaycanın qərb hissəsində, Göy-göl rayonunun ərazisində, Murovdağ dağ silsiləsinin şimal yamacında, Kəpəz dağının ətəyində, Ağsu çayının dərəsində yerləşir. Azərbaycanın ən iri göllərindən biridir. Orta dərinliyi 30 metr, maksimal dərinliyi isə 96 metr təşkil edir. Göy-Göl gölünün şimal sahilində kurort var. Gölə ancaq bir çay axır – Yuxarı Ağsu çayı. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmısdir. Azərbaycanın ən gözəl göllərindən biri hesab edilərək tam haqlı olaraq ziyarət olunmağı haqq edir. Ölkənin qərbində yerləşən bu göl eyniadlı milli parkın tərkibinə daxildir, buna görə buranı əhatə edən flora və faunanın sərvətinə yalnız paxıllıq etmək olar. Göy-göl sözünün mənası “göy rəngdə göl”demədir, və bu ad gölün xarici görkəmini tamamilə ifadə edir – suyun rəngi təəccüblü dərəcədə gözəl və təmizdir, hətta dərinlikdə belə şəffafdır. Turistlər, eyniadlı kurortun yerləşdiyi gölün şimal sahilinə gəlirlər. Yerli mikroiqlim və hava tənəffüs yolları və sinir sistemi xəstəliklərindən əziyyət çəkən insanlara yaxşı təsir göstərir. Gölün ətrafında 423 növ ağac və kollar, habelə dərman bitkiləri bitir. Göygölün ətraflarında Qafqaz maralı, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi və vaşaqlar, gölün özündə alabalıq yaşayır. Göygöl rayonu tək milli park və göl ilə diqqətəlayiq deyil, həm də 19-cu əsrdən başlayaraq alman kolonistləri burada kütləvi şəkildə məskən salırmış və onlar 22 avqust 1819-cu ildə Xanlıqlar kəndinin ərazisində Yelenendorf –gələcək Xanlar şəhərini salmışlar. Alman irsini bu gün həssaslıqla qoruyurlar, bu səbəbdən rayonun ərazisində 30 yaxın tarixi və memarlıq abidəsi görmək olar. Xüsusən, alman əlləriylə inşa edilmiş Xanlarda lüteran kilsəsinə (1854) və üç körpüyə baxmağa dəyir.

Qədim Qarabağ 

Qədim Qarabağ Azərbaycanın ürəyidir və ölkəyə çox sayda istedadlı insanları bəxş edib. Qarabağ, ölkənin təbii abidələri Siyahısına daxil edilmiş tək unikal təbiət, landşaftlar deyil, həm də görkəmli insanların – şairlərin, yazıçıların, musiqiçilərin, xanəndələrin (milli musiqi istiqaməti muğamın məharətli ifaçilari) siyahısıdır. Bu qədim torpağın təbiəti və təbii resursları heç kəsi laqeyd qoymayacaq. Yəqin elə buna görə bu gözəl torpaq hal- hazırda işğal altındadır.

Bərdə 

Bərdə rayonu Qarabağ düzənliyinin mərkəzində, Kür-Araz ovalığının şimal –qərbi hissəsində, Tərtər çayının sahilində yerləşir. Burada Xaçın çayı keçir, rayonun sərhədi boyunca Kür çayı axır, böyük Yuxarı Qarabağ kanalı inşa edilib. Bərdə-Tərtər yolu boyunca iki gözəl göl var. Ağalı gölü isə Bərdənin yaxınlığında yerləşir. Sovet hakimiyyəti dağılanadək bu rayon ümumrusiya istirahət ocağı, populyar kurort olmuşdur, çünki Bərdə torpağı müalicəvi mineral bulaqları ilə zəngindir. Aralarında ən məşhurları Bərdədən üç kilometr aralı yerləşən İstisu və Muğanlı kəndinin yanındakı bulaqdır. Burada gözəl parçalar, silahlar, keramik və şüşə qablar, sadə və qiymətli metallardan bəzək əşyaları düzəldilirdi. Azərbaycan ustaları tərəfindən toxunan Qarabağ qrupuna aid xalçalar (xovlu və xovsuz), əsasən, Bərdə mənşəli idilər. Bərdə, dahi Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən “İsgəndərnamədə” tərənnüm edilmiş əsil ustalar şəhəri idi.

Ağdam 

Ağdam rayonu Qarabağın mərkəzində, Qarabağ dağ silsiləsinin dağətəyilərinin şimal- şərqində, Kür-Araz ovalığının qərbində yerləşir. Ağdam hərfi olaraq “Ağ dam” mənasını daşıyır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında təqdim olunmuş məlumata əsasən, Ağdam adı “işiqlı, günəş işıqları ilə işiqlandırılmış ağ ev” deməkdir: XVIII əsrin ortasında Qarabağ xanı Pənahəli xan onun üçün yaşayış kompleksi- ağ daşdan imarət tikməyi buyurmuşdur. Bu imarət üzün müddət qonşu kəndlərin sakinləri üçün bir növ istiqamətləndirici olmuşdur. Ağdamda antik və orta əsr dövrünə aid eksponatlar saxlanılan çörək muzeyi var idi. Eksponatların arasında daşlaşmış dənlərin nümunələri, nadir taxılların növləri, əkinçiliklə bağlı kitablar qiymətli əlyazmalar, qədim əmək alətləri (kotan, adi və dişli toxa, əl dəyirmanı) və başqaları sərgilənirdi. Onun ərazisində qədim dövrün memarlıq abidələri qorunub saxlanılıb. Bunlar Xanoğlan məqbərəsi (XVII əsr), Şahbulaq kəndindəki Karvansaray (XVIII əsr), Pənahəli Xanın sarayı və məqbərəsi; Xaçıntürbətli kəndində Qutlu Musaoğlu türbəsi (XIV əsr), Papravənd kəndində iki məqbərə və bir məscid, Bozdağ dağının şimal yamacında yonulmuş Qafqaz Albaniyasının xristianlıq dövrünün mağara məbədi və s.

Şuşa 

Şuşa öz adı ilə təmiz və şəffaf yerli havaya borcludur. Şuşa “şüşə” mənasını daşıyır. Bu, təbiətin İsa bulağı, Turşusu, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Yüz bulaq, Qırx bulaq, Çarıx bulaq və digər unikal bulaqlarını bəxş etdiyi ölkəmizin ən gözəl şəhərlərindən biridir. Şuşanın yaranması və çiçəklənməsi Qarabağ xanlığının qüdrətinin mökəmlənməsi və gücünün gücləndrilməsi ilə bağlıdır. Şuşanın hər iki tərəfində bir zamanlar güclü qala qapıları qorunub saxlanılıb. XVIII əsrdə Şuşa Azərbaycanın ən əhəmiyyətli şəhərlərindən biri olmuşdur. Şəhərin ətrafında böyük və möhkəm divarlar tikilmişdir, sənətkar məhəllələri yaradılmışdır, Şuşa tacirləri İran şəhərləri və Moskva ilə ticarət əlaqələri yaratmışlar, Pənabad (pənahabadi) adlı gümüş pul zərb olunurdu. Dağlarda yerləşmiş bu gözəl şəhər səyahətçiləri heyrətə gətirirdi. Şuşanı məşhur edən keçmişin bütün memarlıq və sənət abidlərini sadalamaq çətindir – tək memarlıq abidələrinin sayı 170, sənət əsərlərinin sayı isə 160 ədəd təşkil edir. Bunlara aiddir: şairə Xurşidbanu Natəvanın, artilleriya generalı Mehmandarovun (Port –Artur qalasının müdafiəsinin iştirakçısı), dahi bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün, şair və yazıçı Mir Möhsün Nəvvəbın ev-muzeyləri; İbrahim xan və onun qızı Qara Böyükxanımın qəsrləri; “Gəncə darvazaları”, qala divarı və sairə. Bu şəhəri ”Şərqin konservatoriyası” adlandırırlar- Şuşa bir çox görkəmli azərbaycanlıların, müğənnilərin, musiqiçilərin, böyük bəstəkarların və dirijorların vətəni olub.

Kəlbəcər 

Kəlbəcər rayonu Azərbaycan Respublikasının inzibati-ərazi vahididir. Kəlbəcər rayonunun ərazisi Tərtər çayının vadisində Böyük Qafqazın daxilində yerləşir. Rayonun təbii sərhədləri Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Şərqi Göyçə, Mıxtökən dağ silsiləsini yaradır. İnzibati mərkəzi Kəlbəcər şəhəridir, “yüksək aşırım”, “yüksək yer” mənasını daşıyır. Azərbaycanın cənnət guşəsinin ərazisini Gülüstan adlandırmaq olar. Ətrafları il boyu qonaqlarla dolu olan otuz minə yaxın bulağa sahib Kəlbəcər, həqiqətən də, təbiət muzeyidir. Rayonun ərazisində 4 mindən artıq bitki bitir ki, onlardan 200 dərman bitkiləridir. Bu yer öz mineral və termal bulaqları ilə məşhurdur. Heç də az müalicəvi effektə malik olmayan bulaqlar 2000-2400 metr yüksəklikdə, Tərtər çayının sahillərində yerləşir. Öz kimyəvi tərkibinə görə onlar demək olar ki, eynidir və hətta dünyada tanınmış Karlovı Varı sularını (Çexiya) üstələyirlər. Qeyd etmək istəyərdik ki, Dağlıq Qarabağ erməni qoşunlarının işğalı altında olan Azərbaycanın ayrılmaz hissəsidir. Əlbəttə ki, turistlərin Dağlıq Qarabağı Ermənistanın ərazisindən baş çəkmələrini azərbaycanlılar həssaslıqla qəbul edirlər. Əgər turist Dağlıq Qarabağda olub və onun pasportunda bunun barədə müvafiq işarələr varsa, ona viza verilməyəcək və Azərbaycana girişinə qadağa qoyulacaq, çünki, o, qanunu pozaraq bizim dövlətimizin ərazisinə qanunsuz girib. Bu məsələyə ciddiliklə və səbirlə yanaşmaq lazımdır. Belə etməklə, Siz azərbaycanlıların hislərinə hörmət göstərmiş olacaqsınız. Bundan başqa, Azərbaycan işğal edilmiş ərazilərdə turistlərin təhlükəsizliyini təmin edə bilməz.

Naxçıvan 

Naxçıvan Muxtar Respublikası (NMR) Azərbaycanın cənub-şərqində yerləşir. Azərbaycanla Naxçıvan arasında özgə ölkənin ərazisi keçir. Bu, Rusiya və İran arasında baş vermiş qarşıdurmalar nəticəsində mümkün olmuşdur. NMR Dərələyəz dağının cənub yamaclarında və Zəngəzur dağının cənub-qərb yamaclarında yerləşir. Dağlıq ərazidir. Regionun ən yüksək dağları Qapıcıq (3904 metr) və İlandağ (2385) dağlarıdır. Muxtar respublika mərmər, duz, əhəng, gips yataqları, Sirab, Badamlı, Vayxır, Nəhəcir, Qızılcir kimi unikal mineral suların mədənləriylə zəngindir. Burada, ümumiyyətlə mineral sular çoxdur, bu səbəbdən qədim tarixdən bəri rayonda Kəhriz adlanan unikal yeraltı tunellərin tikintisi sənəti yüksək səviyyəyə çatmışdır. İran və Türkiyə ilə dövlət sərhədləri boyunca Araz çayı axır. Burada, “üzən adalarıyla birgə” çox gözəl Batabat gölü, süni göl də var. Süni gölünü sularından Babək və Culfa rayonunun torpaqlarını sulamaq üçün istifadə edirlər. Bütün region üzrə qədim şəhərlərin, qalaların, məqbərələrin böyük miqdarda xarabalıqları qalıb. Bu diyar, öz strateji mövqeyinə və təbii sərvətlərinə görə işğalçıları cəlb edib. Naxçıvan xüsusilə öz inşaatçıları ilə məşhurdur – burada məşhur Naxçıvan memarlıq məktəbi yaranıb, inşaat işləri isə miqyaslı xarakter alıb. Şəhərin gözəlliklərinə heyran qalmış səyahətçilərin sözlərinə görə, orta əsrlərdə burada Eldəgizlər sarayının məşhur ansamblı, kilsə məscidi, müsəlman maarifçiliyinin mərkəzi olmuş böyük mədrəsə, dövlət binaları, zadəganların sarayları inşa edilmişdir. Naxçıvan, lap çoxdandır ki, öz müalicə xüsusiyyətləri ilə dünyanın müxtəlif yerlərindən insanları bura cəlb edən duz mağaralarıyla məşhurdur. Tənəffüs yolları və daxili orqanları xəstəliklərindən əzab çəkən insanlar üçün mərkəzdə bütün şəraitlər yaradılmışdır. Təbiətin bu möcüzəsini görmək istəyənlər üçün oraya ekskursiyalar təşkil olunur.