Çin

Çin

Çin Xalq Respublikası – Şərqi Asiyada yerləşən dünyanın ən çox əhalisi olan ölkədir;  ərazi baxımından Rusiya və Kanadadan sonra dünyada üçüncü yerdədir. Çin Rusiya, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Hindistan, Nepal, Butan, Laos, Vyetnam, Şimali Koreya, Monqolustan və  Myanma ilə  həmsərhəddir. Şərqdə və cənub-şərqdə ölkənin sahili  Sarı, Filippin, Şərqi Çin və  Cənubi Çin dənizlərinin sularıyla yuyulur. Dövlət dili Çin dilidir. Pul vahidi –yuan CNY. Çin sahəsinə görə dünyada üçüncü və əhalisinin sayına görə birinci yer tutan iqtisadi cəhətdən inkişaf etmiş nəhəng dövlətdir. Son onilliklər ərzində Çində turizm sahəsi böyük templə inkişaf etməyə başladmışdır. Tapmaca və ziddiyyətlərlə dolu ölkə hətta ən çox gəzib-görmüş səyahətçini laqeyd qoymayacaq və  daha da çox təəccübləndirəcək. Burada Sizi heyrətləndirici  gözəlliyə malik landşaftlar, gəzməli yerlərin bolluğu və, əlbəttə ki, kökləri uzaq keçmişə aparan  “kainatın” qədim mədəni ənənələri gözləyir. Çin, əzəmətli dağlar və hədsiz düzənliklər, çoxsaylı göl və dənizlər, mənzərəli çaylar, sıx meşələr, həmçinin müqəddəs Tibet, Yasaq şəhər, Böyük Çin səthi, məşhur “Terrakota ordusu”, çoxsaylı saray, monastır və məbədlər, Çin çay mərasimi və bir çox başqa şeylər deməkdir. Çinin vizit kartı, şübhəsiz ki, ümumi uzunluğu 9000 km təşkil edən Böyük Çin səthidir. Ölkənin ən məşhur görməli yeri və dünyanın ən nəhəng müdafiə tikilisidir. Çinin ən əsas görməli yerlərinin arasında Pekinin mərkəzindən yerləşən Möhtəşəm İmperator sarayının (habelə “Yasaq şəhər” kimi tanınan) və  Sian şəhərinin yaxınlığında yerləşən imperator Tsin Şixuandi məqbərəsinin və onun məşhur Terrakota ordusunun adını çəkmək olar.  Qeyd etmək istərdik ki, Çinin paytaxtı Pekin şəhəri tək İmperator sarayıyla məşhur deyil. Səma məbədi (Tian Tan), dəbdəbəli parka sahib olan İxeyuan yay imperator iqamətgahı, Tyananmen meydanı (dünyanın ən iri meydanlarından biri), Pekin botanika bağı, Beihai və Syanşan parkları, Günəş məbədi və  Yunxequn məbədi böyük maraq yarada bilirəcək məkanlardır. Pekin Milli muzeyi, Paytaxt muzeyi, Çin Geologiya muzeyi, habelə dağıdılmış Yuanminqyuan bağ-saray kompleksi, paytaxt ətraflarında Min sülaləsinin imperator məqbərələri və bir çox başqa yerlər maraq doğurma cəhətdən heç də geri qalmır.

Çinin əhəmiyyətli mədəni və maliyyə mərkəzi Şanxay şəhəri xüsusi diqqətə layiqdir. Mənzərəli Band sahili (Huangpu çayı boyunca), Xalq meydanı, və  əlbəttə ki, ticarət mərkəzləri, çoxsaylı restoran və  kafelərin yer aldığı Şanxayın əsas ticarət küçəsi olan məşhur Nankin küçəsi  turistlər arşında xüsusi populyarlıq qazanıb. Şanxayın əsas və ən maraqlı görməli yerləri isə Lanxua məbədi,  Yuy Yuan bağı, Jade Buddha Məbədi, Konfutsi məbədi, müqəddəs İqnatiy Loyola kilsəsi, Şanxay muzeyi, Şanxay şərq incəsənəti muzeyi və zooparkdır. Çinin çoxsaylı tarixi, mədəni və memarlıq abidələrinin arasında müqəddəs Song Şan dağını, Şaolin məbədini, Lunmen mağaralarını, Luoyanqda Ağ at məbədini,  Nankində “Ming Xiaoling” məqbərəsini, Leşanda  Budda  heykəlini, Tyan-Şan və Udan Şan dağlarının məbədlərini, Muqden sarayını, Hançjouda Altı Harmoniya paqodasını, Datszu yaxınlığında  qaya relyeflərini və Şansi əyalətində Yunqan mağaralarını qeyd etməyə dəyir. Pingyao və Litszyan  qədim şəhərlərinin memarlığı xüsusi maraq yaradır. Tibetin tarixi paytaxtı Lhasa  şəhərində ən maraqlı Norbulink  saray və parkı, Potala sarayı və Jokhang məbədidir. Bir çox görməli yerlər və müxtəlif mədəni tədbirlər Sizi Quancjou şəhərində gözləyir. Çinin çox gözəl və mənzərəli təbii landşaft və məhkumedici gözəlliklərindən həzz almaq istəyirsinizsə Luşan, Sanqing, Jiuzhaigou  və Qingliangşan Milli parklarına, Huanglong qoruğuna  və məşhur cənubi Çin karstına baş çəkin.  Xuanşan  dağ cərgəsi (“Sarı dağlar”)  və Vui Şan dağ silsiləsi öz təbiətinin qeyri-adi gözəlliyiylə məşhurdur.