İtaliya

İtaliya Respublikası Avropanın şərqində yerləşən dövlətdir. Fransa, İsveçrə, Avstriya və  Sloveniya ilə həmsərhəddir. Şimali İtaliyadan keçən Dolomites dağları Alp dağ  silsiləsinin bir hissəsidir. Appenin dağları,  şimaldan cənuba uzanaraq və şərq və qərb   sahillərini bölərək İtaliyanın mərkəzindən keçir. Habelə İtaliyanın tərkibində iki müstəqil dövlət var: Roma-katolik kilsəsinin mərkəzi Vatikan və İtaliyanın şimal sahilində yerləşən dünyanın ən kiçik dövləti müstəqil respublika San-Marino. Dövlət dili İtalyan dilidir. Şimal əyalətlərdə fransız və Sloveniya  dillərində  danışırlar.  Sardinyalılar qədim romalıların latın dilinə yaxın dialektdə danışırlar. Şimal beynəlmiləl İtaliyadır, ilk baxışdan onu Fransa və ya İsveçrədən ayırd etmək o qədər də  asan deyil. Amma burada bütün moda dəbdəbəsi cəmlənmişdir, bu regiona alış-veriş etmək  və dağ- xizək kurortları üçün gəlirlər. Mərkəzi – tarix və mədəniyyət mərkəzidir: bu, Vatikan, Piza və Toskana tarlaları kimi hər addım başı görməli yerlərin rast gəlindiyi Roma şəhəridir. Cənubu isə Andriano Çelentanonun filmlərindən tanıdığımız İtaliyadır: sakit, coşqun, ən isti və günəşli. İncəsənəti seyr etmək istəyənlər Florensiyaya baş çəkməlidirlər, çünki orada İtaliyanın ən böyük rəssamlıq kolleksiyası toplanıb. Kanallar üzərində inşa edilmiş Venesiyanı ziyarət etməmək mümkün deyil. Bu şəhər elə özü açıq səma altında görməli yerdir. Ən möhtəşəm alış-verişi Milanda etmək olar. Romantik qəlbli şəxslər Veronanı hökmən qiymətləndirəcək. Çimərlik kurortları İtaliyanın bütün perimetri boyunca yerləşib. Ölkənin, demək olar ki bütün sahilləri dənizə tədricən giriş və gözəl buxtalar ilə fərqlənir. İtalyanın ən populyar çimərlik kurortu Rimini kurortudur. 15 kilometrlik qumlu çimərlikdə münasib qiymətli mehmanxanaların böyük seçimi və eyələncələrin tam spektri qonaqları gözləyir.

İtalyanın dağ-xizək mərkəzləri, ölkəni şimaldan və şimal-qərbdən əhatə edən Alp nəhəng qövsünün cənub yamacları boyunca yerləşmiş yüksək sinifli kurort zonaları şəbəkəsidir. Burada, ilin istənilən mövsümü istirahət üçün uyğun dünyaca məşhur dağ mərkəzlərinin nəhəng miqdarı ilə yanaşı, qış istirahəti üçün gözəl imkanları və  aktiv istirahətin və ekoturizmin unikal proqramlarını özündə birləşdirən bir çox kiçik kurortlar da yerləşir.

Val-di-Fassa İtalyanın ən populyar dağ-xizək kurortlarından biridir, müxtəlif dağ-xizək növləri və dəyişkən tras həvəskarları üçün tam uyğundur. Bu kurorta həm uşaqlı ailələr, həm gənc kompaniyalar, həm də müxtəlif hazırlıq səviyyəsinə malik xizəkçilər özlərini rahat hiss edəcəklər. Çox sayda süni qar aparatların mövcudluğu sahəsində enişlərdə hətta az qarlı qışda belə xizək sürmək olar.

İtalyanın görməli yerlərinin siyahısı

  • Siciliyanın Məbədlər Vadisi
  • Florensiyada Uffitsi qalereyası
  • Sassi de Matera mağara şəhərciyi
  • Qədim Pompey
  • Amalfi və onun sahilləri
  • Sienanın tarixi mərkəzi
  • Vatikan
  • Pizada Pizan qülləsi

Roma İtaliya və Latsio regionunun paytaxtı, şəhərin ən iri və dünyanın ən çox ziyarət olunan şəhərlərindən biridir. Şəhər 12 təpə üzərində yerləşir, mərkəzi isə yeddi təpə üzərində dayanmış  Əski şəhərdir.  Şəhərin içindən şimaldan şərqə doğru Tibr çayı axır. Şəhərin memarlıq abidələri, demək olar ki, onun minillik tarixini əks etdirir. Avropanın bütün guşələrindən rəssamlar, heykəltəraşlar və memarlar yüksək ruhani rütbəli şəxs və papaların sifarişləri üzrə işləmək üçün bura gəlirdilər. İntibah dövrünə burada memarlığın xüsusilə görkəmli əsərləri yaradılmışdır. Romada antik dövrün abidələri (Kolizey, Panteon, Zəfər tağları, termlər),  tam memarlıq ansamblları (Forumlar), orta əsr məhəllələri (Trastevere), intibah dövrünün çoxsaylı sarayları və kilsələri var. Təpələrdə  mənzərəli şəkildə yerləşmiş şəhəri mərmər nərdivanlar, fəvvarələri olan rahat meydanlar, müxtəlif dövrlərin çoxsaylı monumentləri bəzəyir. Roma unikal şəhərdir və onun hüdudlarında bütöv sərbəst bir dövlət Vatikan yerləşir. Bu, ən yaxşı italyan memarları tərəfindən yaradılmış və böyük italyan rəssamlarının və dahi heykəltəraşların işləriylə bəzədilmiş çoxsaylı katolik kilsələri olan katolisizmin əsas mərkəzidir. İtalyan rəssamlığının şedevrləri və heykəltəraşlıq əsərləri  Vatikan, Kapitoli muzeylərində, Borgeze, Lateran qalereyasında toplanıb. Bir çox arxeoloji tapıntılar Roma milli muzeyində sərgi edilmişdir. Müxtəlif dövrlərin tarixi və memarlıq abidələrinin böyük yığını sayəsində, bu gün Roma şəhəri dünyanın ən qədim və ən çox ziyarət olunan şəhərlərindən biridir. Şəhərin mərkəzi YUNESKO-un Ümumdünya mirasının siyahısına tamamilə daxil olur. Əsrlərdən keçərək, “Əbədi şəhər” saray və kilsələrin əzəmətini, orta əsr qəsrlərin qüvvətini və Barokko dövrü fəvvarələrin gümüşü  musiqisini bizə çatdırıb. İndi hər bir turist  bilir ki, “bütün yollar Romaya aparır”, və bu şəhəri heç olmasa bir dəfə ziyarət etməyi cəhd edir.

Milan – Lombardiya vilayətinin paytaxtı, habelə  ölkənin ən çox əhalisi olan şəhərdir.  Milan, sahəsinə görə İtaliyanın ikinci böyük şəhəri, ölkənin nəhəng sənaye, maliyyə, ticarət və nəqliyyat şəbəkəsi, əhəmiyyətli mədəni mərkəzi, habelə Avropa modasını diktə edənidir. Şəhər muzeyləri, şəkil qalereyaları, teatrları və memarlıq abidələri ilə məşhurdur. Milan, onun məşhur olduğu səs-küylü gecə həyatına atılmaq, həmçinin tarixi və görməli yerlərini ziyarət etmək istəyən çox sayda turistləri daima cəlb edir. Milanın ən məşhur memarlıq abidəsi və simvolu – Duomo qotika kilsəsi (Duomo di Milano), çox qədim ticarət pasajı II Viktor Emmanuil Qalereyası (Galleria Vittorio Emanuele II), Orta əsrin Sforçesko qəsri (Castello di Sforzesco), Sempione mənzərəli parkı (Parco Sempione) və, əlbəttə ki, Leonardo Da Vinçinin “Sonuncu şam yeməyi” freskası.

Hər şeydən əlavə Milanı tam cürətlə italyan mətbəxinin qastronomik mərkəzi adlandırmaq olar. Bu şəhərdə Siz bütün dünyaca  məşhur  ağ və qırmızı şərab  növləri daxil olmaqla qədim və ənənəvi taam və içkiləri dada  biləcəksiniz. Şəhər, “La Skala” teatrı ilə bütün dünyada şöhrət qazanıb.  Milanda bütün  məşhur moda evlərin bir çox butikləri var. Ən dəbdəbəli mağazalar Via Montenapoleon küçəsində  yerləşir. Müasir zamanda Milan dünya modasını diktə edən şəhər kimi şöhrət qazanıb. Milana alış-veriş turunu etmək üçün gələrkən, mütləq getməli olduğunuz yer Vittorio-Emanuele II Qalereyasıdır. Bura, butiklər xiyabanıdır ki, dəbdən başı çıxan hər bir kəs bura gəlməyi özünə hədəf qoyur. Bu yer Milan şəhərinin vizit kartıdır. Qalereyada moda evlərin  kolleksiyalarını  ən bahalı və çox gözəl əşyaları satışa qoyulur.