Phuket2

Phuket adası  – Tailandın ən populyar kurortlarından biridir, Tailandın cənub-şərq hissəsində Hind okeanının Andaman dənizinin sularında yerləşir. Phuket həmçinin Taylandın əyalətidir. Həm adanın, həm də əyalətin paytaxtı Phuket (Phuket-taun) şəhəridir. 2011-ci ildə adanın əhalisi – 348 504 nəfər təşkil edirdi. Malayziya dilindən tərcümədə «Phuket» sözü «dağ» (Tanjung Salang, Salanq dağı) kimi tərcümə olunur. Ən yüksək nöqtəsi, dəniz səviyyəsindən 750 metr yuxarı ucalan May Txao Sip Sonq (On iki qamış zirvəsi) zirvəsidir. Kiçik ölçülərə malik olmasına baxmayaraq, Phuket Taylandın ən böyük adasıdır.

Materikdən adanı, minimal eni cəmi 600 metr, maksimal eni isə 5 kilometrə çatan boğaz ayırır. Boğazın qərb hissəsində ada materiklə iki körpü vasitəsi ilə birləşir. Burada, turistlər üçün  onların arzu edə biləcək bütün şəraitlər yaradılmışdır. Ən inkişaf etmiş və səs küylü turist rayonunda və məşhur Pattaya çimərliyindən azca geri qalan Patonq çimərliyində yerləşmək də olar, və bir çox kilometrlər boyunca heç kəslə qarşılamayacağınız Mey Kxaonun sakit və tənha çimərliyini də tapmaq olar. Amma orta məxrəci də tapmaq olar, yəni Banq-Tao çimərliyində yerləşərək, həm Patonqa əyləncələrinə tamamilə yaxın olacaqsız, həm də, dincələnlərin sayı az olan çimərlikdən həzz ala biləcəksiz. Ümumiyyətlə, burada istirahət üçün hər zövqə uyğun yer seçmək olar.