BƏƏ

Birləşmir Ərəb Əmirlikləri (BƏƏ)

Ərəb yarımadasının şərq hissəsində yerləşən Cənub-Qərbi Asiyada gənc  dövlətdir.  2 dekabr 1971-ci il dövlətin yaranma tarixi hesab edilir: məhz bu gündə altı əmirlik federasiyanın yaradılmasını bəyan edib, 1972-ci ildə isə Rəs-el-Xeymə əmirliyi federasiyaya qoşulub. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Abu-Dabi, Acman, DubayRəs-Əl-Xeymə, Umm Əl-Quveyn,  Əl-FüceyrəŞərca. Ölkənin ərazisi Fars və Oman körfəzləri ilə yuyulur. Qərb və cənubda Səudiyyə Ərəbistanı, cənub-şərqdə və şimal-şərqdə Oman ilə həmsərhəddir. BƏƏ əhalisinin böyük əksəriyyəti Cənub və Cənub-şərqi Asiyadan gələn işçilərdir. Yerli əhalinin nümayəndələri müsəlman-sünnilərdir. BƏƏ-nin siyasi quruluşunun əsası – tam monarxiyaları birləşdirən federasiyadır. Dövlət başçısı Əbu-Dabi əmiri, hakimiyyət başçısı isə Dubay əmiridir. Əmirliklərin iqtisadiyyatını  əsası neft ixracı və inkişafına əhəmiyyətli vəsaitlər ayrılan turizmdir.