Böyük Britaniya

Böyük Britaniya 

Böyük Britaniyanın tam rəsmi adı — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ingilis dilində adətən «United Kingdom» – “Birləşmir Krallıq” deyərək qısaldırlar. Qərbi Avropanın ada-dövlətidir. Böyük Britaniya Avropanın ən iri dövlətlərindən biridir, BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür və nüvə dövlətidir. XIX əsirdə və XX əsrin əvvəlində dünyanın ən böyük dövləti olan Britaniya imperiyasının varisidir. Böyük Britaniyanın paytaxtı və Avropanın ən iri və vacib maliyyə və iqtisadi mərkəzlərindən biri olan London şəhəridir. Londonda sıfır meridianının müəyyən etmə yeri Qrinviç rəsədxanası yerləşir. Dövlət Britaniya adalarında (Böyük Britaniya adası və İrlandiya adasının şimal- şərq hissəsi, çoxsaylı arxipelaq və adalar) yerləşir. Atlantik okean və Şimal dənizi ilə yuyulur, cənub-şərq sahili isə Fransanın şimal sahilindən cəmi 25 km məsafədə yerləşir ki, onları bir-birindən La-Manş boğazı ayırır.

London 

London, görməli yerlərini bütün dünya turistlərinin tanıdığı Böyük Britaniyanın siyası, iqtisadi və mədəni paytaxtıdır. Yaşından asılı olmayaraq turistlər həmişə Böyük London qraflığında özlərinə tam uyğun asudə vaxt tapacaqlar. Onları 30 qədim bağ və 120 tarixi mahiyyətli bina, 200-dən artıq muzey, 600 kinoteatr və 108 musiqi zalı gözləyir. London City daxil olmaqla, Londonun “Boro” adlanan 33 rayonu 1572 kv. kilometrdən artıq ərazini əhatə edir. Temza çayı bütün şəhərin içindən, qərbdə Riçmonddan, şərqdə Qrinviçədək, habelə Vestminster rayonunda şəhərin mərkəzindən keçir. Çay üzrə kruizlər və çay tramvaylarında qısa ekskursiyalar şəhəri daha yaxşı tanımaq üçün rahat və əla üsuldur. Təbiətdə istirahət etməyi arzu edənlərə seçim üçün təsirli imkanlar da təklif edilir. Demək olar ki, paytaxtın üçdə birini parklar, mənzərəli sahələr və gözəl küçələr təşkil edir. Londonun əsas üstünlüklərindən biri şaxələnmiş infrastrukturdur. Şəhərdə beş beynəlxalq aeroport və “Eurostar” adlanan yüksək sürətli dəmiryolu xətti var. Londondan hava ilə 50 ölkədən birinə çatmaq üçün yalnız üç saat lazım olacaq. 310 dövlət Böyük Britaniyanın paytaxtı ilə birbaşa əlaqəyə malikdirlər. London tək dünya paytaxtlarından biri deyil, o, həmçinin özündə tam bir dünyanı yerləşdirir ki, orada bir şəhərin daxilində hər bir ənənə və milliyyətə yer tapılır. Burada dünyanın 300-dən çox dillərində danışılır və hər gün 70-dən çox dünya mətbəxinin yeməkləri bişirilir. Dövlət dilinin ingilis dili olmağına baxmayaraq, şəhər və ətraflarda bir neçə başqa Avropa dillərində danışırlar. Londonun çoxmillətli əhalisinin sayını nəzərə alaraq, hər gün paytaxtda müxtəlif xarici dillərdə danışıqlar səslənir.