İspaniya

İspaniya

İspaniya Avropanın uzaq cənub-qərbində yerləşir. Aralıq dənizində Balear və Pitius adaları və Atlantik okeanda Kanar adaları İspaniyaya məxsusdur. Fransa, Andorra, Portuqaliya ilə həmsərhəddir. İspaniya ərazisinin 2/3 hissəsi yüksək dağlarla mühasirəyə alınmış iri yüksək Meseta yaylası. Onun mərkəzi rayonlarında Mərkəzi Kordilyerin iri sıra dağları, cənubunda Toled dağları ucalır. İspaniyanın şərqində Kordilyer – Penibeatikanın qırışıq dağları yerləşir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır. Ölkənin başçısı kraldır. Dövlət dili ispan dilidir. Pul vahidi avrodur. İspaniya müxtəlif və hərtərəfli ölkədir, hətta rəsmən o, muxtar regionlara bölünüb. Kataloniya artıq uzun illərdi ölkədən ayrılmaq ümidlərini itirmir, paytaxtı Barselona  şəhəri öz çimərlikləri və Qaudi memarlığı ilə məşhurdur. Andalusiya adlanan cənub regionu ən “ispaniyalı” İspaniya hesab olunur. Burada, Kataloniyada qadağan edilmiş korridanı, flamenko rəqsini və tarixə malik özünə xas məişətli Sevilya, Qranada və  Malaqa kimi qədim ispan şəhərlərini  görmək olar.

Valensiya ölkəsinin ən geniş qumlu çimərlikləriylə, həmçinin içinə paxla əlavə edilən əsl paella ilə məşhurdur. Baskla ölkəsində  isə Bilbaonu onun muzey və restoranları ilə,  çimərlikli və sörfinqli San-Sebastyanı və turistlərin nadir hallarda baş çəkdikləri sahildəki kiçik liman şəhərciklərini ziyarət etməkdən məmnun qalacaqsız. Çimərliklər İspaniyanın sərvətidir. Bu ölkə hər növlü saysız-hesabsız çimərlikləri ilə lovğalana bilər: qumlu, çınqıllı, qayalıqlı, hətta vulkanik qara qumlu. Kurort çimərlik zonaları İspaniyanın həm materik, həm də ada hissələrində mövcuddur. Ölkədəki bütün çimərliklər bələdiyyə məxsus və ödənişsizdir— onlarda giriş məhdudlaşdırılmamışdır.

İspaniya nəinki dəniz və günəşdir, həm  də dağ və qardır. Ölkədə dağ-xizək istirahəti üçün cürbəcür şəraitli məkanlar var. Dağ-xizək sürənlər üçün ən adlı-sanlı kurortlar  Fransa ilə sərhəddə Pireneydə yerləşir. Onlar Kataloniya və Araqon Pireneyinə  bölünür. Kataloniya kurortları təsiredici mənzərələrə malik dağ çayları və gölləri ilə məşhurdur. Onların arasında ən çox tanının La-Molina, Port del Komte və Baqueira -Beret kurortlarıdır. İspaniyanın ən yüksən dağ-xizək kurortu isə, ölkənin cənubunda Aralıq dənizindən avtomobil ilə gedəndə bir saatlıq məsafəsində yerləşən Sierra-Nevada kurortudur. Burada dağ xizəkləri üzrə Dünya çempionatı keçirilmişdir və şəraitlər ən yüksək beynəlxalq səviyyəyə uyğundur. Qış kurortları Madrid və Barselona ətraflarında da var. İspaniya dünya şoppinq mərkəzlərindən biridir: ölkədə məşhur brendlərin bir çox dükanları var. Qitə İspaniyası ekskursiya sərvətlərinin dəryasıdır. Sierra-Nevada yüksəkliklərini fəth etməyə gələn qonaqlar birbaşa Qranada, Kordova və Sevilyaya getməlidirlər. Ölkənin şimalında istirahət edənlər isə, “standart” Barselona ilə yanaşı, orta əsr xristianlığının ən əhəmiyyətli şəhərlərindən biri və sadəcə çox gözəl yer Santiaqo de Kompostelaya baş çəkə bilərlər.

İspaniyanın görməli yerlərinin siyahısı

Madrid İspaniyanın paytaxtı və ən böyük şəhəridir. Pireney yarımadasının mərkəzi hissəsində yerləşir və çoxmillətli milyonçu-şəhərdir. Madrid, nəhəng mədəni və bədii irslərə malik dünyanın ən gözəl şəhərlərindən biridir. Burada müasir biznes-mərkəzləri və orta əsr memarlığı, Avropanın ən yaxşı gecə klubları, ən böyük outletllər, gözəl parklar və, əlbəttə ki, bir çox muzeylər bir-biriləri ilə çox yaxşı  uyğunlaşır. Bu ölkənin həm iqtisadi, həm də mədəni mərkəzidir və  ərəblərin hakimiyyəti dövründən  etibarən çoxillik tarixi ilə cazibədardır. İspaniya paytaxtının görməli tarixi yerləri isə təxəyyülü təəccübləndirir. Madridin mədəniyyət və siması krallar şəhəri və İspaniya imperiyasının mərkəzi kimi onun tarixini əks etdirir. Kral sarayı, geniş meydanlar və hökmdarlar tərəfindən tikilən monumental binalar, anormal dərəcədə nəhəng kafedral və kilsələr, orta əsr tikililəri – bunların hamısından Madriddə həddən artıq çoxdur.  Bu gün ki Madrid Berlin və  London kimi kosmopolit şəhər olsa da, eyni zamanda enerji ilə doludur. Madridin və bütün İspaniyanın mərkəzi ərazisində üç heykəl və qədim Poçt Evi yerləşən Puerta del Sol meydanı hesab edilir. Sütunlarlarla çərçivələnmiş mərkəzi Plaza Mayor meydanı Orta əsrlərdə bazar meydançası, korridanın keçirildiyi və tonqalda yandırma yeri kimi xidmət edirdi. Şəhərin mərkəzində III Filippin at üstündə heykəli ucalır. Plaza Mayorun şərq tərəfindən, hal-hazırda İspaniyanın XİN-nin yerləşdiyi Santa Krus sarayının yer aldığı  Plaza de la Provnsia meydanı yerləşir. Lakin Madridin əsas sarayı, əlbəttə ki, Versalı xatırladan Kral sarayıdır. Klassik barokko tərzində və arxitekturada birləşən qranit və ağ daşlara tikilmiş sütunlu  saray   şəhərin əsas görməli yeri hesab edilir. İspaniyanın paytaxtında muzey və qalereya.ların sayı da çox böyükdür. Prado milli muzeyində Qoya və Bosxanın şedevrlərini sərgilənib ki, özünə hörmət edən hər bir pərəstişkarları onları sadalaya biləcək. Kraliça Sofiyanın avanqard Muzeyi və ya  Thyssen-Bornemisza  kimi digər bədii əsərləri də diqqətə layiqdir. Bu üç kolleksiya “İncəsənətin qızıl üçbucağı hesab edilir” ki, bunları sərgiləməmək mümkün deyil.    

Barselona İspaniyanın Kataloniya muxtar vilayətinin mərkəzi və İspaniyanın ən böyük dəniz limanıdır. Şəhər ölkənin şimal-şərq hissəsində Aralıq dənizinin sahilində yerləşir. Barselona əhalinin sayı görə Madriddən sonra İspaniyanın ikinci şəhəridir. Öz nəfis və cəsarətli xüsusiyyətlərində Barselona çox gözəldir. Kataloniyanın əsas simvolu və paytaxtıdır, turizm İspaniyasının əsl mirvarisidir. Zəngin tarix, çox gözəl görməli yerlər, valehedici mətbəx və təkraredilməz atmosfer Barselonaya səyahəti parlaq və unudulmaz edir. Sərbəstliyin, qayğısızlığın və azadlığın ruhuyla hopdurulmuş şəhər heç kimi  laqeyd qoya bilməz. Bu, demək olar ki, bütün Aralıq dənizi regionunun sənaye və iqtisadi sahələrində ciddi rol oynayan İspaniyanın ən sənaye şəhəridir. Şəhərin ürəyi, şübhəsiz ki, Kataloniya meydanınıdır – məhz burada Barselonanın köhnə və yeni rayonlarına rast gəlmək olar.  Bu gözəl meydandan, Əski şəhəri ikiyə bölən və sahilə, Əski limana və birbaşa Barselonetta məhəlləsinə çıxan məşhur Rambla  bulvarı başlayır. Kataloniya meydanında şimal istiqamətə maraqlı sxem üzrə tikilib abad edilmiş (burada bütün küçələr düz bucaq altında kəsişir) Eixample müasir rayonu yerləşir. Yeri gəlmişkən, bu rayonda, Barselonanın əsas görməli yerlərindən biri və  müəllifi məşhur Kataloniyalı memar Antonio Qaudi olan Müqəddəs Ailə Kilsəsi yerləşir. Şəhərin yuxarı hissəsində, Eixample rayonundan  bir az aralı, bu dahi memarın daha bir əsəri məşhur Guell parkı yerləşir. Barselona əbəs yerə İspaniyanın mədəni paytaxtı hesab edilmir – burada, məsələn, Pikasso, Antonio Qaudi və Salvador Dali kimi böyük şəxsiyyətlər yaşayıb və yaradıb. Ən müxtəlif tərzlər, dövrlər və janrlar burada təxəyyülü təəccübləndirən ecazkar bir kokteyldə qarışıb. Barselonada görməli yerlərin sayı o qədər böyükdür ki, hamısını qısa müddət ərzində görmək sadəcə mümkün deyil.

Barselonanın əsas görməli yerləri: Rambla bulvarı, Qotika məhəlləsi, Montjuik Təpəsi, Barselonanın Kafedral Kilsəsi.