Mavriki

Mavriki Rodriges, Mavriki, Aqaleqa adalarında və Hind okeanının cənub-qərb hissəsində Karqados-Karaxos arxipelaqında yerləşir. Mavriki adasının mərkəzi alçaq dağlara yaxın hündür platonu tutur. Ən yüksək nöqtəsi River-Nuar zirvəsidir. Adanın Çox hissəsi düzənlikdir. Sahil boyunca kiçik körfəzlərlə kəsilmiş ağ qumlu çimərliklərin geniş zolağı uzanır. Dövlət dili ingilis dilidir. Əhalinin əksər hissəsi rus dilində danışır. Milli valyuta: Mavriki rupisi MUR. Port-Lui şəhəri Mavriki respublikasının paytaxtıdır. Şəhər öz fasadıyla dəniz körfəzinə dair yerləşir, yan tərəfləri və arxa hissəsi isə dağ zənciri ilə əhatə olunub. Şəhərin üstündə ölkənin ən yüksək zirvələrindən biri -Piter-Bot zirvəsi yaxşı görünür. Digər şəhərlərlə müqayisədə çoxda böyük olmayan bu şəhər müxtəlif mədəniyyətlərin (fransız, ingilis, kreol, Çin və Hind) deposu ola bilmişdi. Mavrikinin paytaxtında çox sayda müxtəlif dini tikililər yer almışdır. Onlara 1825-ci ildə inşa edilmiş və adada yaşayan bütün müsəlmanların ibadət obyekti olan Cümə məscidi, müqəddəs Lüdovik katolik kilsəsi, müqəddəs İakov ingilis kilsəsi, Hindu məbədləri, Çin və Buddist paqodaları aiddir. Ölkə elit istirahət yeri şöhrətinə layiqdir – bir çox dəbdəbəli mehmanxanalar, uzunluğu yüzlərlə kilometrlər təşkil edən kokos ağaclıqlarıyla çərçivələnmiş təmtəraqlı çimərliklər, adanın xüsusi atmosferi və sakinlərinin cazibəsi – bütün bunlar minlərlə turisti adaya cəlb edir. Adanın şərq sahili istirahətin ən yaxşı yerlərindən biri hesab edilir – buradan, Vye Qran-Port rayonundan, adanın müstəmləkələşdirməsi başlamışdır, burada müxtəlif mənzərələr var, güclü mərcan rifi praktik olaraq bütün sahil boyu uzanır, okeandan daima əsən yüngül küləklər istini yumşaldır, lakin turistlərin sayı şimaldakı kimi bir o qədər də çox deyil.  Şərq sahilinin əsas təbii görməli yerləri Domans-dyu-Şasser bakir meşəsi, İlanq-İlanq və  Montan – dyu-Lion təsərrüfat yerləri, eyni adlı çayın mənsəbində Qrand-River-Syud-Est şəlalələri, Maral adası və İblis  burnu  hesab edilir.  Palmardan Puant-de-Flak-a qədər təmtəraqlı çoxkilometrli çimərlik uzanır. Çox gözəl laqunu, mehmanxanaların bağlı çimərlikləri, qolf meydançaları, körpülərlə birləşdirilmiş hovuzlar ardıcıllığı,  dayv -mərkəzləri ilə mühasirəyə alınmış və vaxtilə sakit balıqçı qəsəbəsi olan Puant-de-Flak nüfuzlu kurorta çevrilmişdir. Mavrikinin çimərlik istirahətinin həvəskarları üçün cənnət olmasına baxmayaraq, burada çox yerlər var ki, onlara mütləq baş çəkməyə dəyər. Hər kvadrat kilometrə düşən maraqlı görməli yerlərin miqdarına görə Mavriki dünyanın ən yaxşı yerlərindən biridir. Onların siyahısına Le Morne dağı, Mavriki Akvariumu, Qara Çay Milli parkı, Pamplemosses Botanika bağı, Dyu Şasser malikanəsi və Şiva məbədi daxildir.