şəhərlər

Ankara

Ankara Türkiyənin paytaxtı və ərazisinə görə ölkənin ikinci şəhərdir. Şəhərin əhalisi 4 milyon insandan ibarətdir.  XX əsrədək əhalisi 16 min nəfərdən ibarət kiçik şəhərcik idi və Anqora yunuyla tanınırdı. 1923-cü ildə milli-azadlıq müharibəsi zamanı Ankara Türkiyənin paytaxtı oldu.

Ankaranın arxitekturası kifayət qədər müxtəlifdir və şəhərin tarixini əks etdirir. Şəhərin ən köhnə görməli yerləri öz tarixini Roma vaxtlarından başlayır – bunlar Roma hamamları, Yulian kolonnası və Roma məbədidir. Bizans dövrünə aid İçqala Hisar və qəbiristanlıq xüsusilə maraqlıdır. Səlcuklar Ankaraya kvadrat formalı Ələddin məscidini vermişdir. Osman hakimiyyəti dövründə Ankarada bir çox tarixi binalar tikilmişdir. Daha erkən binalar çox təsiredici olmasalar da, turistlərin diqqətini qazanmışlar. Onların arasında daha diqqətəlayiq Haci Bayram Məscidi və Mahmud Paşa bazarıdır. Çağdaş şəhərin mərkəzi strukturu Türkiyədə indiyə qədər böyük hörmətə  layiq Atatürk məqbərə kompleksidir.

Əyləncə və gecə həyatı həvəskarları üçün Ankara bir çox variant təklif edir: bu həm gecə klubu, həm də diskotekalar ola bilər. Turistlər istənilən zövqü razı salacaq çox saylı restoran, bar və kafeləri də ziyarət edə bilərlər. Böyük miqdarda sənət emalatxanaları və mağazaları misdən müxtəlif məmulat və suvenirləri turistlərə təklif edir: boşqablar, bardaqlar, krujkalar, şamdanlar və digər məişət avadanlığları. Türkiyənin paytaxtında əl ilə toxunmuş yaxşı türk xalçası almaq olar. Burada həmçinin çoxlu müasir univermaq, ticarət mərkəzləri və butiklər var.

İstanbul

İstanbul – Türkiyənin ürəyidir. Burada Şərq və Qərb qovuşur, burada çoxəsrlik tarix və mədəniyyət təsvir edilib. Bu gün İstanbul Türkiyənin ictimai, bədii və ticarət mərkəzidir. Burada həyat ilin və günün istənilən anı qaynayır. Məhz buna görə İstanbulu heç olmasa bir dəfə ziyarət etməyə dəyər. İstanbulun tarixi valehedicidir. İlk öncə şəhər ardıcıllıqla üç imperiyanın paytaxtı idi: Roma, Şərqi Roma (Bizans) və Osmanlı. Zaman, təsirləri altında İstanbulun unikal xarakteri formalaşmış bu üç epoxa haqqında xatirələri silməyib. Bundan başqa, artıq 2500 ildən artıqdır ki, İstanbul Avropa və Asiya arasında ticarət yollarının kəsişməsində dayanan ən əhəmiyyətli və ən canlı limanlardan biri olaraq qalır. İstanbulun təkrarolunmazlığını görüb və qiymətləndirmək çətin deyil – Əski şəhərin düz ortasında yerləşən və artıq 3000 yaşı olan Sultan Əhməd rayonunda gəzmək kifayətdir. Şəhərin inanılmaz tarixi və zəngin irsi Müqəddəs Sofiya kilsəsi, Göy məscid və Topqapı Sarayı kimi üç ən məşhur, doğrudan da ruhani görməli yerlərdə təcəssüm edilmişdir.

İstanbulun unikal mədəni irsinin elementlərinə hər yerdə rast gəlmək mümkündür. Bu, həm şəhər sakinlərinin gündəlik məişəti, həm şəhər infrastrukturu, həm də Qərb və Şərqin başqa ölkələrinin təsiri altında azca dəyişmiş çox əsirlik ənənələrdir. Bu gün İstanbul Türkiyənin ən böyük şəhəri və şərqin səs-küyülü bazarların və müştəriləri gözləyən çoxsaylı restoran və qəhvəxanaların olduğu ölkənin mədəni və maliyyə mərkəzidir.   

Artıq bir neçə yüzillik boyunca mövcud mədəni asudə vaxtın daha bir növü ənənəvi türk hamamında yuyunmaqdır. İlk ictimai hamamlar İstanbulda 1400-cü illərdə yaradılmışdır. Onlar “hamam” adlanırdı və ilk öncə evlərində vanna otağı və su təchizatı olmayan kasıb şəhərlilər üçün nəzərdə tutulmuşdur. Tədricən hamamlar populyarlıq qazanmağa başlamışdır və dostlarla görüş yerinə dönmüşdür ki, buraya insanlar yaşından, sosial statusundan və cinsindən asılı olmayaraq gəlirdi. Hamamlar İstanbulun hər yerində var. Hamam alış-veriş və ya şəhər gəzintisindən sonra dincəlmək üçün əla yerdir. Kişi və qadınlar adətən müxtəlif hissələrdə  yuyunurlar, proses özü isə bir neçə etapdan ibarətdir və sonsuz dərəcədə uzun çəkir. Yeri gəlmişkən, hamamda heç kim tələsmir də.

İlk öncə qonağı kiçik çəlləkdən suyla yuyunduğu buxar (hərarət) otağına göndərirlər. Bundan sonra qonaq kisəçinin onun bədəni kisələyib, yuyub və masaj etdiyi  digər otağa keçir. Mərasim yuyunma və başın zərif masajıyla başa çatır. Vanna və masajın gümrahlandırıcı  ahəngi qonağı uzun müddət gümrah saxlayacaq!

   

Bodrum

Bodrum Türkiyənin ən populyar kurortlarından biridir. Şəhər Egey və Aralıq dənizlərinin qovuşduğu yerdə Bodrum  körfəzində yerləşir. Bodrumun əsası Miladdan min il öncə  doriyalılar tərəfindən qoyulmuşdur və o zaman Halikarnas adlanırdı. Məhz burada eradan əvvəl 484-cü ildə Herodot dünyaya gəlmişdir. Eradan əvvəl IV əsrdə çar  II Mavsolun hakimiyyəti dövründə şəhər divarları, yeni saraylar, teatrlar, məbədlər, habelə amfiteatr inşa edilmişdir. Mavsolun ölümündən sonra şəhər Makedoniyalı İsgəndərin qoşunları tərəfindən işğal olunmuşdur və müqavimət göstərdiyinə görə qarət edilib darmadağın edilmişdir. Şəhər tarixinin Bizan və Roma dövrlərindən sonra, Rodos cəngavərləri Müqəddəs Pyotr  qəsr-qalasını inşa etmişdirlər.  Lakin 1523-cü ildə osmanlılar cəngəvərləri şəhərdən qovub hakimiyyəti öz əllərinə almışlar. Müasir Bodrum ən yaxşı türk kurortlarından biri sayılır. Göy, ilıq dəniz, qayalarla bəzədilmiş körfəzlərdəki çoxsaylı çimərliklər təbiətin gözəlliyini dərk edənlərə və aktiv istirahət həvəskarlarına əla istirahət təklif edirlər. Şəhər Bodruma xüsusi cazibədarlıq verən yunan tərzində tikilmiş  iki-, üçmərtəbəli qar kimi ağ binalarla tikilib abad edilmişdir.

Antaliya və Alaniya ilə müqayisədə Bodrumun yayı daha mülayimdir, hətta iyul və avqust aylarında belə temperatur nadir hallarda 30 dərəcə işarəsinə çatır. İstirahət edənlərin əksəriyyəti sörfinq, sualtı üzgüçülük və su xizəklərinin sürülməsi üçün bütün imkanların olduğu Hümbət körfəzinə üz tuturlar. Onunla qonşuluq edən portağal və mandarin bağlarıyla haşiyələnmiş Bitez körfəzi ondan heç də az cazibədar deyil. Bodrum  yelkənli qayıq idmanının beynəlxalq mərkəzidir.

Antalya

Antalya – Türkiyənin Aralıq dənizi sahilində Antalya əyalətinin paytaxtı. Əhalisi 600 min nəfərdir. Yayda bu rəqəm 2 milyona çatır. Mənzərəli Antalya eyni adlı gözəl körfəzdə, dənizə doğru kəskin kəsilən yayla üzərində ucalır. Türkiyənin beynəlxalq aeroportu və inkişaf etmiş sənayesi olan ən populyar kurortlarından biridir. Antalya öz çoxsaylı müasir otelləri, idman kompleksləri, barların gecə həyatı, restoranları, diskotekaları, heyranedici sahil boyu əyləncəli dəniz səyahətləri, “Akvaparkda” təpələrdən qayğısız diyirlənmələr ilə istirahət və turizm mərkəzidir.

Dağlar şəhərə həddən artıq yaxındır. Sahil bir qədər yuxarıdadır, bu səbəbdən yalnız bəzi yerlərdə çimərliklər var. Əlbəttə ki, üçulduzlu otellərin öz xüsusi çimərliyi olmur, onların sakinləri əksər vaxtlar şəhərin çınqıllı çimərliyindən istifadə edirlər. Daha yüksək statuslu  otellərin sahəsi məhdud olsa da, dənizə öz çıxışı var.

Fəthiyə

Fəthiyə kurortu Türkiyənin “Firuzəyi sahili” adlanır. O, şam meşəsiylə örtülmüş təpələrin arasında, Aralıq dənizinin sahilində mənzərəli körfəzdə yerləşir. Fəthiyənin çox gözəl çimərlikləri Türkiyədə ən yaxşılardan biri hesab edilir və şəhərə və onun ətraflarına bütün dünyadan turistləri cəlb edir.

Bu gün Fəthiyə gözəllik və  cazibədarlıqla dolu bir kurortdur. Əski şəhərin tikililəri ilə  dolu və orta əsr qalasıyla taclanmış təpələrdən 12 kiçik adalarla mühafizə olunmuş sakit buxtanı seyr etmək olar. Boyunca ənənəvi taxta balıqçı qayıqların və katerlərin sakitcə yırğalandığı körpünün yerləşdiyi sahil şəhər sakinlərinin və turistlərin axşam gəzintisi üçün ən sevimli yerlərdən biridir. Fəthiyə şəhərinin özündə çimərlik yoxdur və üzməyi arzu edənlər ya çoxsaylı körfəzlərə və ya Fətxiye körfəzindəki adacıqlara qayıqla qısa səfər etməlidirlər.

Yaşıllıqla dolu Fəthiyə yarımadası xüsusi ekoloji təmizlik, çox gözəl hava və iqlimi ilə seçilir. Çox gözəl şam meşələrinin və çox təmiz suyun əhatəsində yerləşən böyük hövzələrdə bir neçə  turizm kompleksi yerləşir. Sahil xəttində çox sayda buxta və adalar sırası var ki, bu da yaxta turizminin inkişafı üçün əla baza yaradır. Həmçinin region, dayvinq həvəskarları üçün xüsusilə maraqlı olan çox gözəl dəniz və sualtı tuf mağaralarıyla şöhrət qazanıb. Fəthiyə  ətraflarında Ölü Dəniz şəhərciyi yanında  unikal “Mavi Laqun” təbii qoruq yerləşir.

Marmaris

Marmaris Türkiyənin ən yaxşı kurortlarındadır biri və ölkənin ən “Avropalı” kurortu hesab edilir. Söhbət ondan gedir ki, hələ bir az əvvəl burada istirahət edənlərin əsas kontingenti, məlum olduğu kimi istirahətdən yaxşı başı çıxan ingilis və hollandiyalılardan ibarət idi. Marmarisin xeyrinə seçim etməyin bu kurortun bir neçə danılmaz plyusu kömək etmişdir.  İlk öncə, buranın iqlimi idealdır: hətta iyul və avqust aylarında taqətdən salan isti olmur. İkinci, sakit dəniz – kurortun, açıq dənizdən ada və yarımadayla ayrılmış olmağı ilə bağlı buxtada yerləşdiyinə  görə burada demək olar ki, dalğalanma olmur, su dalğasız olur və bu səbəbdən  yaxşı üzməyi bacarmayan insanlar və uşaqlar üçün  kurort tamamilə  əlverişlidir.  Dənizə giriş də tədricəndir. Və üçüncü, Marmaris Türkiyənin rəqs şəhəri reputasiyasını qazanmışdır – disko-barlarda gecələr insan əlindən tərpənmək olmur. Habelə burda, ağappaq yaxtaların və gəzinti guletlərin körpüyə  bağlandığı heyrandoğurucu liman var.       

Side

Side kurortu  Aralıq dənizinin sahilində Antalyadan 75 km aralı yerləşir. Yunan kolonistləri ilk dəfə burada eradan əvvəl 7-ci əsrdə məskən salmışlar. “Side” sözü  qədim yunan dilindən “nar” kimi tərcümə olunur və məhsuldarlığın rəmzidir. Əfsanəyə görə, burada nə vaxtsa Kleopatra və Mark Antoninin romantik görüşü təşkil olunmuşdur. O vaxtdan hər il minlərlə aşiq cütlüklər bura gəlir.

Müasir turizm komplekslər ilə əhatə olunmuş Side, Türkiyənin Cənub hissəsinin ən canlı kurortlarından biridir. Geniş çimərlikləri isti təmiz suya açılır. Bu kurortun yerləşdiyi yarımadadan qərbə tərəf  çimərliklər 10 kilometrədək uzanır.  Çimərliyin ilk xəttində bir çox otel, pansionat, restoran və kafelər var. Şərq tərəfindən sahilboyu qumlar daha  seyrəkdir və Alaniyaya qədər davam edirlər.  Mövsümün qızğın çağında Sidedə  izdihamlı çimərliklərdə su idman növləri populyardır.  Sideyə səfər üçün aprel və oktyabr ayları tövsiyə edilir, çünki yayda burada çox isti olur, həm də yay aylarına burada çoxlu Ankara sakini dincəlir. Bir çox tarixi abidələri qorunub saxlanılır: qədim yunan dövründən qalmış Türkiyənin ən böyük amfiteatrlarından biri, Apollon və Artemida məbədləri; qədim şəhər qapıları; su xətti, muzeylər və digərləri.

    

Uludağ

Uludağ– Türkiyənin ən böyük dağ xizək kurortudur. İstanbuldan 35 kilometr və Bursadan 150 kilometr məsafədə, milli parkın ərazisində, ölkənin qərbində ən böyük eyni adlı dağ silsiləsinin (adı “Uca dağ” kimi tərcümə olunur) yamacında yerləşir. Maksimal hündürlüyü 2543 metr, uzunluğu 80 kilometr təşkil edir. Yamaclarında şabalıd, fıstıq və şam meşələri, 2000 metr hündürlükdə isə Alp çəmənləri və seyrək meşələr bitir. Qışda demək olar ki, hər yer qarla örtülür və bu Uludağı qış idman növlərinin həvəskarları üçün çox populyar edir.

Uludağ bahalı Avropa dağ-xizək kurortlarının ucuz alternatividir. Yerli qiymətlər əhəmiyyətli dərəcədə aşağıdır. Yaxşı inkişaf etmiş infrastruktur və əla yollar qış mövsümündə çox insanları cəlb edir. Lakin bu kurort yayda da boş qalmır, çünki milli parkın ərazisi boyunca piyada və velosiped turları üçün böyük imkanlar təqdim edilir. Yerli gözəlliklər haqqında danışmağa heç ehtiyacda yoxdur. Hər mövsüm özünə görə füsunkardır.

Uludağda istirahət tək dağ xizəkləri üçün əla imkanları təklif etmir, burada slalomla, xizək yarışları və biatlonla da məşğul olmaq olar.

Gərgin gündən sonra isti bulaqlarda rahatlanmaq və ya ticarət və əyləncə mərkəzinə baş çəkmək olar.

Quşadası

Quşadası Türkiyənin Egey dənizinin sahilində ailə turizm istirahəti mərkəzidir.

Quşadası Türkiyədə populyar kurort və kruiz laynerlərinin dayandığı iri portdur. Bir il ərzində turistlərin axını 2 milyon insana çatır. Quşadası Türkiyənin ən yaxşı görməli yerlərinə yaxın yerləşir: Efes, Troya, Milet, Priyena qədim şəhərlərinə; Pamukkalenin təbii qaynar bulaqlarına. Şəhərin özü də tarixi abidələr, gözəl istirahət üçün görməli və maraqlı yerlər ilə boldur.

Quşadasında istirahətə yay aylarında gəlmək daha yaxşıdır – mayın sonundan sentyabrın əvvəlinədək. Bu dövrdə burada su və hava temperaturunun uyğunluğu optimaldır, dəyişkən külək isə istirahəti hətta isti günlərdə belə rahat edir.

Quşadası kurortu, böyük əraziləri əhatə edən yaşıllıqlarla bol kurortları, xidmətin yüksək keyfiyyəti, əla təchiz edilmiş çimərlikləri, uşaqlar üçün çoxsaylı əyləncələri ilə məşhurdur.   

Eleqant yaşayış komplekslərin rahat yerdə yerləşməsi və gözəl ağ qum xalçası ilə cəlb edir. Meyvə və ədviyyatların gümrahlandırıcı ətirləriylə Şərq koloriti Sizdə təbiətin gücünü oyadacaq!   

Axşam və gecə şəhər tamamilə başqa coşqun və rəngarəng həyatla yaşayır – rahat restoran və kafelər, gecə barları və diskotekalar aktiv gənclər üçün öz qapılarını açır. “Rəqs meydançasının” bu səs-küylü burulğanı hamını özünə çəkir! Burada hamı bir-birini öz şənlənmək bacarığı ilə üstələməyi çalışır! Ləpədöyən hovuz və laqunlara təzə sular gətirir, gecələr isə  çimərlikdə sərinləməyə  qərar verənlər yığışır.

Quşadasında idman istirahəti üçün külək sörfinqi, kaytsörfinqi, dayvinq, yaxta sürmə, balıq tutma və digərləri tam uyğundur.

İzmir

İzmir Türkiyənin qərbində, Egey dənizinin şərq sahilində, İzmir körfəzinin sahilində yerləşən şəhərdir. Limanların arasında böyüklükdə ikinci və əhalisinin sayına görə (3 milyon insan) üçüncü şəhərdir. Ətraf rayonlarla birgə ümumi sahəsi 7340 kvadrat metr təşkil edir. Egey dənizinin sahilində əlverişli mövqeyisi sayəsində turistlər arasında böyük populyarlıq qazanıb. 5000 il öncə burda yaşayış məntəqələrin olması məlumatı tamamilə doğrudur. Onlar tədricən böyüyüb birləşərək bir şəhər olmuşlar. Eramızdan əvvəl 133-cü ildə şəhər Roma hakimiyyəti altına düşür və “Asiya” adlı Roma əyalətinin paytaxtı olur. O zamanlar şəhər Smirna adlanırdı. Türkiyənin tarixinə və qədim memarlığına toxunmaq istəyənlər isə mütləq İzmirə gəlməlidir. Çimərlik istirahəti həvəskarlarını bura gəlmək məsləhət görülmür, çünki burada iri port yerləşir. Bundan başqa, şəhər çoxsakinlidir və dincəlmək, xüsusən də təbiətin qucağında vəhşi istirahət üçün qətiyyən yaramır.