Fransa

Rəsmi adı Fransa Respublikası – Qərbi Avropada dövlət. Dövlətin rəsmi dili fransız dilidir. Fransanın əksər hissəsi Qərbi Avropada yerləşir, onun qitə hissəsi şimal-şərqdən Belçika, Lüksemburq və Almaniya, şərqdən İsveçrə, cənub-şərqdən Monako və İtaliya, cənub – qərbdən isə İspaniya və Andorra ilə həmsərhəddir. La-Manş boğazı, Atlantik okean, Şimal və Aralıq dənizləri tərəfindən yuyulur. Ölkənin ərazisi qərbdən və  şimaldan  Atlantik okean (Biskay körfəzi və La-Manş boğazı), cənubdan –Aralıq dənizi (Lion körfəzi və Liquriya dənizi) tərəfindən yuyulur. Habelə, dövlətin tərkibinə Aralıq dənizində Korsik adası və iyirmidən artıq xarici departament və asılı ərazilər daxildir. Ölkənin şimal və qərbində düzənlik ərazilər və ovalıqlar yerləşir. Fransa dünyanın ən çox ziyarət olunan ölkəsidir (bura gələn xarici vətəndaşların sayına görə); Paris ən turistik şəhərdir; Eyfel gülləsi dünyanın ən çox ziyarət olunan populyar görməli yeridir, və bu o deməkdir ki, Fransa — dünya turizminin mübahisəsiz çempionudur. Fransa, öz xüsusi cazibədarlığı və dəfedilməz cazibəsi ilə əsrarəngiz ölkədir. Bu çox zəngin mədəni irsə və müxtəlif dövrlərin və sivilizasiyaların tarixi və memarlıq abidələrinin böyük sayına, həmçinin çox gözəl təbii landşaftlara və çox gözəl iqlimlə malik ölkədir. Burada Sizi cəlallı saray və qəsrlər, sarsıdıcı gözəlliyə malik kilsələr,  məşhur muzeylər, Fransız Rivierası və qarlı Alp dağları, habelə məşhur fransız mətbəxi və nəfis şərablar  gözləyir.

Fransanın görməli yerlərinin siyahısı

  • Yelesey Çölləri
  • Zəfər Tağı
  • Konkord Meydanı
  • Mont Sankt-Mişel ada-qalası
  • Şambor qəsri
  • Versal Sarayı

Fransanın paytaxtı Paris şəhəri dünyanın ən gözəl və  romantik şəhərlərindən biridir. Parisin görməli yerlərinin bolluğunun içində ən məşhur və populyar qotika memarlığının şedevri Paris Məryəm Ana kilsəsi (Notr-Dam-de-Pari), dünyanın ən görkəmli və zəngin muzeylərindən biri – Luvr və, əlbəttə ki, Parisin simvolu – Eyfel Qülləsidir. Habelə Monmartra dağının başında yerləşən Sacré-Cœur Bazilikasını, Yelesey Çöllərini və Zəfər Tağını, Konsyerjerini, Panteonu, Chaillot Sarayını, Jorj Pompidu mərkəzini, Orse muzeyini, Pikasso muzeyini, Per-Laşez məzarlığını, Tyuilri bağını və Qrand-Operanı (Opera Qarnye) da qeyd etmək lazımdır. Parisin görməli yerləri haqqında danışmaqla tükənməz, lakin bu siyahı o qədər uzundur ki, bu füsunkar şəhərin bütün maraqlı yerlərini sadalamaq mümkün deyil, lakin bu şəhəri əlbəttə ki, ziyarət etmək lazımdır. Parisin ətraflardakı  məşhur Versal sarayı, Fontenblo sarayı və Sen-Klu parkı xüsusi diqqətə layiqdir. Əgər Siz uşaqlarla səyahət edirsinizsə, mütləq dünyanın ən yaxşı əyləncə parklarından biri Avropa Disneylendinə baş çəkin. Çox gözəl üzümlükləri və böyük qəsrləri ilə əzəldən məşhur olan Luara vadisi turistlərin arasında, xüsusi şöhrətə malikdir. Saray memarlığının əsl şedevrlərının  böyük miqdarının arasında Chambord sarayını, Cheverny sarayını, Şenonso qəsrini, Villandry qəsrini, Sully-sur-Loire qəsrini, Blois qəsrini, Brissak qəsrini, Ambuaz qəsrini, Plessi-Burre qəsrini, Valençay qəsrini, Hien və Montgeoffroy qalalarını qeyd etməyə dəyər.

Nitsa Fransanın cənub-şərqində Provans regionunda Aralıq dənizi şəhəri, port və kommunadı. Şəhər qədim, fransızsayağı zərif və  italyansayağı şiltaqdır. Bu gün Nitsa inkişaf etmiş infrastruktura və gözəçarpan görməli yerlər kolleksiyasına malik Fransız Rivierasının ən populyar kurortlarından biridir. Qədim mərkəz hələ də orta əsr ruhunu özündə saxlayır: əyri-üyrü küçələrin dar labirintləri bir-birinə sıxılan qırmızı kirəmit damlı evlər ilə, kilsələr, rahat kafelər və tacirlərin piştaxtaları qısa müddətlik keçmişə atılmağa arzu edən turistləri cəlb edir. Şəhərin ən gözəl meydanları Qaribaldi, Massena və Ratuşa binasıyla (Bələdiyyə) Sen-Fransua meydanlarıdır. Nitsada çoxlu sayda  kilsələr, baş kilsələr və kiçik kilsələr var ki, onların arasında daha maraq doğuran Notr-Dam Bazillikası, Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi, Mərhəmət kilsəsi, Notr-Dam-de-Cimiez fransiskant monastırıdır. Qəsr dağında, qədim tikililərin fraqmentləri və Belland qalası ilə birgə “Şato” parkı yerləşir. Şəhərin ürəyi – Promenada des Anglais sahil küçəsidir – 5 kilometr uzanan ecazkar dənizkənarı bulvarı piyada gəzintiləri və istirahət üçün ideal yer. Nitsa, demək olar ki, çoxlu heykəl və fəvvarələrə malik  çox gözəl park və bağlarla doludur. Promenada des Anglaisdan aşağı yerləşən çınqıllı ictimai çimərlik hər zaman təmiz olmur, buna görə çimmək üçün  Vieux-Nice (Əski Nitsadan) aşağı, körfəzin  daha mənzərəli şərq sonunda, qruplaşmış iyirimi özəl sahil tövsiyə olunur. La-Rezerve şəhərinin hüdudlarından kənarda Vigier parkı və Koko-Biç ilə üzbəüz burunun ucuna yaxın yerləşən daşlı çimərliklərdə istirahət üçün pis deyil.