Ukrayna
Ukrayna Avropa ərazisində çox iri dövlətdir, onun ərazisi 603,3 min kvadrat kilometr təşkil edir. Öz ərazisinə görə Avropanın İspaniya, Fransa kimi dövlətlərin ərazisindən böyükdür. Ərazisinə görə Ukrayna Avropanın ümumi sahəsinin 5,7 % tutur. Ukraynanın ərazisi müxtəlif mədəniyyət və xalqların çoxsaylı izlərini özündə qoruyub saxlayır. Bunlar, qədim kurqanlar və Azovyanı şəhərlər, qədim slavyan yaşayış məntəqələri və daha gec yaranmış klassik memarlıqdır. Unikal iqlim və təbiət şəraitləri, habelə Krım və Karpat dağ sistemlərinin mövcudluğu fəal turizmin bütün növlərinin inkişaf etməsi üçün imkan yaradır, dəniz sahili isə istənilən sayda çimərlik istirahəti həvəskarlarını qəbul edə bilər.
Kiyev
Kiyev Ukraynanın paytaxtı və dövlətin siyasi, inzibati və işgüzar mərkəzdir. Kiyev, Desnanın düşdüyü yerdən aşağı, Dnepr çayının hər iki sahilində yerləşir. Şəhər ərazisinin yarısından çoxunu meşələr, yaşıllıqlar və ümumi istifadə üçün nəzərdə tutulmuş çarhovuzlar tutur. Kiyevin ərazisindən Lıbid, Sırets, Vita, Qorenka, Nivka çayları da axır. Ümumiyyətlə, su obyektləri şəhərin ərazisində böyük sahəni tutur. Şəhər, demək olar ki, iynəyarpaqlı və yarpaqlı meşələrlə əhatə olunub. Şəhərin daxilində böyük təbii və süni parklar var. Kiyevin əlverişli təbiət şərtləri iki iqlim kurortu olan Puşa–Voditsa və Konça-Zaspanın inkişafının formalaşmasının səbəbi olmuşdur. Şəhərin ərazisində təxminən 70 sanatoriya, pansionat və istirahət evləri fəaliyyət göstərir. Şəhərin ərazisində botanika bağları, dendropark, heyvanat parkı və bağ-park sənətinin bir neçə park-abidəsi yerləşir.
Son zamanlar Kiyevin hava nəqliyyatının böyük düyününə çevrilməsi böyük templərlə gedir. Şəhərin daxilində “Kiyev” aeroportu (Julyanı), ondan kiçik məsafədə isə ölkənin ən böyük aeroportu olan “Borispol” fəaliyyət göstərir. 2010-cu ilin sonunda “Borispolda” yeni “F” terminalı açıldı, daha biri və ən böyüyü olan “D” terminalının tikintisi isə yekunlaşma mərhələsindədir.
Kiyevdə 30 yaxın muzey, 20-dən artıq teatr, çox sayda kinoteatr və əhəmiyyətli sayda daima fəaliyyət göstərən bədii sərgilər var. Ən məşhur muzeylər: Ukrayna milli tarix muzeyi, Ukrayna təsviri incəsənət muzeyi, Qərb və Şərq incəsənəti muzeyi.
Şəhərin tarixi tikililəri şəhərin bütün mərkəzi hissəsini tutur. Burada 3 dövlət qoruğu cəmlənmişdir: “Qədim Kiyev” dövlət tarixi-memarlıq qoruğu; “Kiyev Sofiyası” Milli qoruğu; Kiyev-Peçora milli tarix-memarlıq qoruğu. Bundan başqa, şəhərin ərazisində 6 memarlıq və 8 arxeoloji qoruq var. Dövlət 3736 arxeoloji, tarixi, memarlıq və şəhərsalma, monumental incəsənət abidəsini qoruyur. Onların arasında 243 abidə dövlət əhəmiyyətli abidələr, 51 abidə isə beynəlxalq əhəmiyyətli abidələr (YUNESKO-nun təyininə əsasən) statusuna malikdir.
Truskavets
1827-ci ildə yaranmış Karpatyanı regionunun incisidir. Həmin ildə sulfid mineral sulu bulaqlar, hidrogen-sulfidli vannalar artıq məlum idi. Onların müalicəvi xüsusiyyətləri Voytsex Oçkonun işlərində 1578-ci ildə təsvir edilmişdir. Zamanla, yeni mənbələr aşkar olunub və onların müalicəvi xassələri sübut edilmişdir.
Truskavetsdə, şəhər parkının düz mərkəzində iki mineral su çıxan nasos, 25-dən çox sanatoriya və təxminən 20 mehmanxana yerləşir. Truskavetsdə olarkən problemlərinizi unudacaqsınız və üzünüzü sakit limana atacaqsınız. Burada orqanizm müalicə və bərpa olunur, ruh isə dincəlir.
Lvov
Lvov Ukrayna və Avropanın ən gözəl şəhərlərindən biridir. Lvov, 1256-cı ildə inşa edilmiş qədim bir şəhərdir. Yaşadığı əsrlər ərzində çox şey görüb. Burada şəhərin qədim hissəsində hər kəs çox şey danışa bilər, havada isə indiyə qədər müəmmalılıq atmosferi hökm sürür. Lvov nəinki qeyri-adi gözəl şəhərdir, həm də Ukraynanın Qərb regionunun ən əhəmiyyətli siyasi və mədəni mərkəzidir. Və öz coğrafi mövqeyinə görə həmişə Mərkəzi və Şərqi Avropa ölkələrinin münasibətlərində böyük rol oynayıb. Lvov, əsası 13 əsrdə knyaz Daniil Qalitskiy tərəfindən qoyulmuş Qərbi Ukrayna şəhəridir. Bir neçə əsr bundan əvvəl Lvov Qalitskiy knyazlığının paytaxtı idi, salnamələrdə isə ilk dəfə 1256-cı ildə qeyd edilmişdir. Qədim tarixinə baxmayaraq, şəhər demək olar ki, onun əsasından dərhal sonra tikilmiş bir çox binaları qoruyub-saxlamağı bacarmışdır, burada indiyə qədər köhnə evlərə, məbədlərə və rahat dar küçələrə rast gəlmək olar. 16-17 əsrdə bəzi varlı sakinlər Lvovun xarici simasını doğrudan və təkrarolunmaz etmiş bütün Avropadan istedadlı memarları dəvət edirdilər.
Odessa
Odessa Ukraynanın fəxridir. Bu şəhər nəinki ən böyük liman və ölkənin mədəni-sənaye mərkəzidir, həm də ən məşhur kurortdur. 2014-cü ildə Cənub Palmirası adlanan Odessa öz növbəti yubileyini qeyd etdi – 210 il.
Saysız-hesabsız barların, restoranların, klubların və çimərliklərin sayəsində Odessa çoxdan ən məşhur kurortlardan biri olub. Hər yay bura doyunca çimmək, yüngül Ukrayna qaralmasını əldə etmək və bir illik həyəcanlandırıcı təəssürat ehtiyatını əldə etmək üçün minlərlə turist gəlir.