Kipr
Kipr adası bir neçə fərqli çimərlik və dağ xizək kurortudur.
Adanın paytaxtı turistlər arasında populyar olmayan, lakin birmənalı olaraq diqqətə layiq olan Nikosiya şəhəridir. Eyni zamanda iki dövlətin paytaxtıdır – yunanların yaşadığı Kipr Respublikası və əhalisini türklər təşkil edən Şimali Kipr. Nikosiya çox gözəl qədim şəhərdir, ilk insan məskənlərı 7-ci əsrdə salınıb. Əgər siz mötəbər turizm Kiprini görmək istəyirsinizsə, onda Nikosiyanın gəzintisinə heç olmasa iki gün ayırmalısınız. Bu şəhərdə çoxsaylı muzeylər, habelə Balkan, Yunan və türk mətbəxi restoranları var.
Ən iri və populyar Kipr kurortu Limassol şəhəridir. O, dəniz sahilində yerləşir və faktiki olaraq “universal” istirahət yeridir. Uşaqlı ailələr üçün burada akvaparklar, attraksionlu parklar və infrastrukturu balaca səyahətçilər üçün nəzərdə tutulmuş otellər, gənclər üçün isə çoxsaylı klublar, barlar və diskotekalar var. Bundan başqa, bu kurort ən beynəlmiləl və “rusdilli” kurort hesab edilir.
Aya Napa “yerli İbiza” hesab edilir, kiprlıların özlərinin böyük məmnuniyyətlə istirahətlərini keçirdikləri ən şən və gənclər üçün nəzərdə tutulmuş kurortdur. Şəhərdə çox sayda əla klub, çimərlik diskotekaları və ən müxtəlif bar və restoranlar fəaliyyət göstərir. Həmin İbiza ilə müqayisədə, Aya Napada əylənmək bir neçə dəfə ucuz başa gəlir.
Ən ucuz və “sadə” Kipr kurortu Larnakadır. Orada qeyri-adi bir şey yoxdur, amma uşaqlarla sakit ailə istirahəti üçün tam yarayır. Qumlu çimərliklər, dənizə giriş və oteldəki ucuz qiymətlər əyləncə infrastrukturunun yoxluğunu tamamilə kompensasiya edir. Bundan başqa burada adanın iki aeroportundan biri yerləşir.
İkinci aeroport Pafosdadır. Bu qədim şəhər Afrodita ilahəsinin vətəni, həmçinin adanın ən seçmə kurortu kimi məşhurdur. Burada imkanlı insanlar dincəlir və çox sayda təmtəraqlı mehmanxana və restoranlar tikilib. Heç bir xüsusi əyləncə infrastrukturu və multiplikasiyası yoxdur, lakin sakit istirahət üçün çox gözəl körfəzlər, uzaqlaşdırılmış yerlər və başqa imkanlar var.
Protaras – sakit və daha qənaətli kurort şəhəridir. Çox geniş çimərliklər, qayalı körfəzlər və ucuz apartamentlər uşaqlarla istirahətə gəlmək üçün uyğun yerdir. Eyni zamanda buradan Aya Napaya və onun diskotekalarına gəlmək istəyənlər taksi ilə cəmi 15 dəqiqəyə çata bilərlər.
Adanın şimal-qərbində yerləşən kiçik Polis şəhəri turistlərin böyük axınıyla lovğalana bilməz ki, onun gözəlliyi məhz bundadır. Yerlilər sadəcə öz həyatıyla yaşayır, balıqçılıq edir və kənd təsərrüfatıyla məşğul olurlar. Burada turistləri əyləndirəcək dəbdəbəlik olmasa da, əzəli Kiprdə istirahətdən həzz almaq olar. Qiymətlər turizm mərkəzlərindəki qiymətlərdən əhəmiyyətli dərəcədə aşağıdır, istirahət günləri balıq bazarları və yarmarkalar işləyir, və əgər bəxtiniz gətirsə, yaxta şousunu görə bilərsiz.
Trodos dağları təbii qoruq və Kiprdə turizm proqramının vacib bəndidir. Trodos – kölgəsində balaca kəndlər, Bizans monastırları, qədim xarabalıq və kiçik meyxanaların yerləşdiyi sərin sidr meşələridir. Qışda Trodos dağlarında qar yağır və xizək sürmək olar, qalan vaxtı isə məşhur Kikkos monastırına baş çəkməyə, Olimpos dağına çıxmağa, Kakopetriya dulusçuluq kəndinə getməyə və ya çoxsaylı dağlıq cığırlarda sadəcə piyada gəzməyə dəyər.