Çexiya
Çexiya Avropanın düz ortasında yerləşən kiçik dövlətdir. Qarla örtülmüş dağlar dağ çaylarını yuyur. Təmiz göllər şam meşələrində gizlənir. Mavi səma zamanın ruhunu özünə hopdurmuş böyük qalaların üstündə sallanır. Çexiyada, belə kiçik ölkə üçün çox hesab edilən böyük miqdarda hədsiz dərəcədə maraqlı tarixi abidələr cəmlənmişdir. Onun sehrli qəsrləri və orta əsr şəhərləri, eleqant kurortlar və mənzərəli milli parklar, istənilənin, hətta ən “tələbkar” turisti heyran edəcək.
Çexiya müalicəvi kurortlarıyla məşhurdur. Meşələrin sakitliyi, parkların gözəlliyi, təmiz hava, müalicəvi bulaqlar insanları bura cəlb edir. Kurortların ərazisindəki spesifik iqlim ilin istənilən vaxtı effektiv müalicənin keçirilməsinin ən əhəmiyyətli amillərindən biridir.
Çexiya, turizm üçün bütün şəraitlər yaradılmış unikal bir ölkədir və bura baş çəkən hər bir şəxs yaşından və maraqlarından asılı olmayaraq özü üçün nəyisə yenini və bilmədiyini kəşf edəcək.
Praqa
Praqanın unikal arxitekturası şəhərə verilən çoxsaylı adlar üçün bir mənbə olmuşdur. Onlarla qəsr, kilsə və məbədlərə görə Praqanı “yüzqülləli”; ovsunlayan qotika stilinə, sirli tarix və orta əsr keçmişi və kimyaçı və münəccimlər ilə bağlı əfsanələrə görə “mistik”; qeyri-adi gözəlliyi və nəfisliyi ilə cəlb edən çox saylı şəhər bağ və parklarına görə “yaşıl” adlandırırlar.
Çexiya paytaxtı ilə valeh olmuş səyyahlar onu Avropanın Ürəyi, Şimalın Roması, Zlata Praqa epitetləri ilə adlandırıdılar. Beş yüz il bundan əvvəl qonaqları fəth edən Praqa bu gün də onların ağlını başından alır.
Praqa tam hüquqla dünyanın ən gözəl şəhərlərindən biri hesab edilir. Praqa, əksəriyyəti indiyə qədər çox gözəl vəziyyətdə qorunub-saxlanmış memarlığın şah əsərləri ilə bütün dünyada məşhurdur. Öz xüsusi simasını Praqa hələ XIV əsrdə IV Karlın hakimiyyəti dövründə əldə etmişdir. Praqanın qədim özəyi yaxşı qalıb və unikal və qiymətli memarlıq ansamblını təşkil edir. Şəhərin üzərində ən əhəmiyyətli çex abidəsi ucalır – müqəddəs Vita qotika kilsəsi və minillik müqəddəs roman Georgi bazilikasıyla Praqa kremli (Qradçanı). Bu gün Praqa dünyanın ən çox ziyarət olunan şəhərlərindən biridir.
Karlovı Varı
Çexiya kralı və Roma imperatoru IV Karl Karlovı Varının əsasını qoyanda onun heç ağlına da gəlmirdi ki, o, ümumdünya şöhrətə nail olacaq bir kurortun əsasını qoyur. Sonrakı altı əsr ərzində şəhər Avropada sülhün hökm sürməyindən və müharibə və epidemiyaların mövcudluğundan asılı olaraq çiçəklənmə və tənəzzül dövrünü yaşayırıdı. Karlovı Varının simasını böyük yanğın və su daşqınları təhrif edirdi; lakin hər bir fəlakətdən sonra şəhər yenidən yeni kimi və daha da gözəl olurdu. Şöhrət zirvəsinə Karlovı Varı XIX əsrin ikinci yarısı və XX əsrlərin başlanğıcında nail olmuşdur. Həmin dövrdə şəhər, cazibədarlıqla dolu memarlıq simasını əhatə edən təbiətin təmtəraqlı çərçivəsində əldə etmişdir. Lakin Karpovı Varının danılmaz üstünlükləri arasında kurortu bütün dünyada məşhur etmiş onun unikal mineral mənbələridir. Məşhur Geyzeri ötən əsrlərin şairləri tərifləyirdilər, xəstəliklərdən əzab çəkənlər ona sağalmağın son ümidi kimi baxırdılar. Karl çeşmələrinin sağlamlığına qovuşdurduğu insanlar kurortu hər yerdə tərifləyirdilər və Geyzer haqqında xoş sədalar bütün dünyaya yayılırdı. Elə indi də Avropa və okeanın o biri tayından gələn pasiyentlər Karl kurortunun müalicəsinin effektini yüksək qiymətləndirirlər.
Karlovı Varı tək heyrətverici gözəllik və sakitlik şəhəri deyil, Çexiyanın bu kurort şəhərciyində alış-verişlə də məşğul olmaq olar. Karlovı Varıda alış-verişin əsasını, əksəriyyətini dünyanın hər hansı başqa ölkəsində tapa bilməyəcəyiniz qeyri-adi suvenirlər, şirniyyatlar və alkoqol təşkil edir.
Karlovı Varı şəhərində özünüz, yaxınlarınız, dostlarınız və tanışlarınız üçün əla hədiyyə olacaq bir neçə gözəl əşyalar var. Bu məhsullar ancaq Karlovı Varı şəhərinə xasdır, onlarda şəhərin ruhu və atmosferi öz əksini tapır. Əgər Siz hədiyyə qismində məhz onları seçsəniz, onlar Karlovı Varıdan gətirilmiş eksklüziv hədiyyə olacaq.
Marianske Lazne
Marianske Lazne, maşınla gedərkən Karlovı Varı şəhərindən bir saat məsafədə yerləşən Çexiya Respublikasının ən qədim istirahət ocaqlarından biridir. Dağlarla əhatə olunmuş şəhər ölkənin ən gənc kurortlarından biridir. Lakin bu heç vaxt göstərilən xidmətlərin keyfiyyətinə təsir etmir. Yerli klinikalar isə ölkə qonaqları arasında böyük populyarlıq qazanıb.
Şəhər dəniz səviyyəsindən 600 metrdən yuxarı yüksəklikdə yerləşir. Qoruq edilmiş Slavko meşəsinin valehedici təbiəti, möhtəşəm dağ mənzərələri, torf, qaz və mineral sularla zəngin torpaq yerli sanatoriyaların əsas müalicəvi resurslarıdır. Diqqətəlayiq odur ki, Birinci dünya müharibəsinə qədər də şəhər Avropada məşhur kurort idi və Mariyenbad adını daşıyırdı. Həm hökmdarlar, həm də Avropa elitası orada dincəlirdi. Sağlamlaşdırıcı istirahətinin populyarlığı bu gün yüksəkdir: Marianske Lazne kurortunun sanatoriyasında müalicə kursunu keçmək üçün bura dünyanın hər yerindən turistlər gəlir.
Öz tərkibinə və xüsusiyyətlərinə görə unikal soyuq mineral sularının burada mövcudluğu sayəsində, Marianske Lazne çoxdan Çexiyanın ən populyar müalicəvi kurortlarından biri olmuşdur. Bütün çeşmələr öz turş-mineral suyu ilə məşhurdur ki, onları burda üzün zamandır ki, içməklə müalicə üçün, müxtəlif inhalyasiyalar üçün, habelə mineral və karbonlu vannaların hazırlanması üçün tətbiq edirlər.
Bundan başqa, bu sağlamlaşdırıcı kurortda palçıq və torf kimi təbii müalicə materialları, həmçinin burada Marian qazı ləqəbi verilmiş və öz xüsusiyyətlərinə görə unikal olan təbii müalicə qazı istifadə edilir. Marianski Laznedə müalicə almaq üçün bura hər il bütün dünyadan çox sayda insanlar gəlir.
Hal-hazırda Marianske Lazne kurortunda müalicə və sağlamlaşdırma üçün təsirli çeşmələrin sularından istifadə edilir.