Almaniya

Almaniya

Almaniyanın rəsmi adı Almaniya Federativ Respublikasıdır (AFR). Avropa ittifaqının mərkəzində yerləşən Almaniya Baltik və Şimal dənizinin sularıyla yuyulur. Şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, qərbdən isə FransaLüksemburqBelçika və Hollandiya ilə həmsərhəddir. Almaniya dinamik iqtisadiyyata malik böyük dövlətdir. Dövlət dili alman dilidir. Pul vahidi avrodur. Bir sıra sənaye və texnologiya sektorlarında dünya lideri olaraq, o, malların idxal və ixracı üzrə dünyada üçüncü yerdədir. Almaniya yüksək həyat səviyyəsinə malik inkişaf etmiş ölkədir. Bu dövlət sosial təminatı və universal səhiyyə sistemini, ətraf mühitin mühafizəsini və ödənişsiz ali təhsil dəstəkləyir. Almaniyada çimərlik  istirahəti Baltik dənizinin sahilində və Bavariya göllərində cəmlənmişdir. Ölkənin çimərlik turizmi ilə xüsusilə məşhur olmamağına baxmayaraq, yumşaq iqlim, gözəl mənzərələr və sağlamlaşdırma proqramları hər il bura turistləri cəlb edir. Baltik dənizdə Fişland-Dars-Sinqst yarımadasında yaradılmış Prerov kurortu  uşaqlarla istirahət üçün əla yerdir. 18 adanı tərkib edən tam bir arxipelaqdan ibarət Rügen adası çox gözəl yerdir və sakitləşdirici atmosferi ilə məşhurdur. Dağ xizək Almaniyası yeni başlayanlar və ailə turistləri üçün tam uyğun olacaq, çünki, burada o qədər də hündür olmayan  bir çox eniş və sadə traslar var. Peşəkarlar üçün Almaniya kurortlarında hündür enişlər az da olsa amma var. Dağ-xizək Almaniyasının infrastrukturu Avstriya və İsveçrənin infrastrukturundan heç də geri qalmır: kurortlarda qaldırıcılar, mehmanxanalar, restoranlar, dağ xizək ləvazimatları ilə təchiz olunmuş mağazalar, kirayə  məntəqələri var. Turistlərin arasında ən məşhur kurort, müxtəlif mürəkkəblikli traslara malik Bavariya kəndində yerləşən Oberstdorf kurortudur. Almaniyada hər şey var: tarix, mədəniyyət və təbiətin təbii gözəlliyi. Bu ölkə kifayət qədər yığcamdır, ona görə, marşrutu savadlı tərtib edərək, bir səfərdə  həm Bavariya Alplarına, qədim kilsələrə, orta əsr qalalarına, qədimin və müasir incəsənət muzeylərinə, həm də mənzərəli göllərə və milli parklara baş çəkmək olar.

Almaniyanın görməli yerlərinin siyahısı

Berlin Almaniyanın paytaxtı və həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən böyük şəhəridir.  Şpree və Hafel çaylarının üzərində yerləşir. Berlində, heç bir şəhərdə olmadığı kimi, memarlıqda, dünya görüşündə və düşüncə tərzində keçmiş, indi və gələcək bir-birləri ilə qarşılaşır. Almaniya birləşəndən sonra Berlin öz dirçəlişini yaşayır. Şəhərin şərq və qərb hissələrinin bitişməsi baş verir. Şəhərin mərkəzində onun əsas görməli yerləri cəmləşib – indi yenidən birləşmiş Berlinin simvolu, Reyxstaq, Almaniyanın tarixi və Hohenzollern imperatorlar sülaləsi ilə sıx bağlı Berlin Kafedral Kilsəsi, Qırmızı Ratuşa, Aleksandr meydanı, Nikolay məhəlləsi – Berlinin qədim yaşayış məntəqələri, Şəhərin əsas küçələri – Unter den Linden və Kurfürstendamm və, əlbəttə ki, məşhur Ada-muzey. Berlin öz çoxsaylı teatr və estrada meydançalarıyla    məşhurdur. Ən məşhurları: Berliner Ensemble, Roza Lüksemburq meydanında (Rosa-Luxemburg-Platz) Xalq teatrı (Volksbühne), Schaubühne (Schaubühne am Lehniner Platz), İntibah Teatrı (Renaissance-Theater), Berlində Alman teatrı (Deutsche Theater Berlin), Maksim Qorki adına Teatr (Maxim-Gorki-Theater). Bundan başqa, Berlində üç opera teatrı var: Unter den -Linden küçəsində Dövlət operası (Staatsoper Unter den Linden), Alman operası (Deutsche Oper) və Komik opera (Komische Oper). Cənub-şərqi Berlinində Müggelsee gölü, Müggelbergen təpələri və Rahnsdorf çimərliyi geniş istirahət zonasını təşkil edirlər. Berlinin bütün görməli yerlərini sadalamaq çox çətindir. Bu şəhər Avropanın ən şən, canlı və rahat şəhərlərindən biridir. Berlində həyat tam sürətlə davam və hətta dərin gecə də belə dayanmır. Berlin ticarət küçələri, alış-veriş mərkəzləri və bazarlar alıcının ürəyi istəyə biləcək hər şeyi təklif edirlər. Ən sevimli və  məşhur yerlər “Gəzinti Mili” Kurfürstendamm, Potsdam meydanında yeni kompleks və ənənələrlə zəngin Fridrixştrasse küçəsidir.

Münhen – Mərkəzi Avropanın mirvarisi-şəhəri, ölkənin cənubunda İzar çayında yerləşən Bavariya federal torpağın paytaxtı. Münhen şəhəri regionda ən cazibədarlardan biridir, zəngin tarixlə və mədəni ənənələrə malikdir. Əhalinin sayına görə Berlin və Hamburqdan sonra Almaniyanın üçüncü şəhəridir. Və, həqiqətən, şəhər sakinlərinin qonaqpərvərliyi  və gələnlərə bir çox təəssürat hədiyyə edə biləcək çoxsaylı Bavariya bayramlarıyla məşhurdur. Sentyabr ayının sonunda oktyabr ayının əvvəlində məşhur Tereza çəmənində (Theresienwiese) keçirilən Oktoberfest festivalı nəyə desəniz dəyər. Bundan başqa, Münhen, həmçinin, ən böyük Avropa kitabxanalarından birinə, Lüdviq Maksimilian universitetinə, Maks Plank institutuna və digər analoji müəssisələrə malik böyük sənaye və elmi-tədqiqat mərkəzidir. Münhenin görməli yerlərini öyrənməyi hamı  ənənəvi olaraq Marienplatz meydanından başlayır ki, bu da təəccüblü deyil, çünki bura şəhərin ürəyidir. Burada, hara nəzər salsan görərsən ki , hər şey barokko üslublu cah-calalla və qədimliklə nəfəs alır. Memarlıq dominantlığı Əski və Yeni Ratuşalardır. Münhenin dini memarlığını da haqq etdiyi qədər qiymətləndirmək lazımdır. Ən çox diqqət cəlb edən valehedici barokko üslubunda inşa edilmiş Müqəddəs Mixail kilsəsidir. Daha bir gözəl mənzərə, günbəzi fənər formasında olan şəhərin ən qədim kilsəsi Müqəddəs Pyotr kiləsinin baxış meydançasından açılır.    Nəhayət, 14-15 əsrdə tikilmiş  ən yüksək “Frauenkirxenin” kilsəsini, yəni Müqəddəs İsanın anasının kilsəsini ziyarət etməyə dəyər. Şəhər içində daha iki  diqqətəlayiq tarixi abidə var: Nimfenburq sarayı və Blütenburq qəsri. Həmçinin Bavariya paytaxtının muzeylərinə də baş çəkməyə dəyər. Burada onlardan əllidən çoxdur, və bu göstəriciyə görə Münhen yalnız Berlindən geri qalır. Və ya məşhur Hellabrunn zooparkı və ecazkar Münhen parkları. Dünyaca məşhur Münhen İngilis parkı İzar çayının axını boyunca şəhərin mərkəzindən kənarına qədər davam edən dünyada ən böyük şəhər parklarından biridir. Münhenin ətrafları çox mənzərəlidir: nüfuzlu Qarmiş Partenkirxen xizək kurortu, keçmiş monastırda dünyanın ən köhnə pivə zavodu fəaliyyət göstərən Veihenstephan şəhərciyi, qədim Freyzinq romantik bazilikası ilə və Bavariyanın bir çox başqa görməli yeri.