Azərbaycan

Azərbaycan, Bakı və ölkənin turizmi haqqında məlumat Azərbaycan Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində yerləşən dövlətdir. Ön Asiya və Yaxın Şərqə aiddir, Böyük ipək yolunun əhəmiyyətli tarixi bəndidir. Paytaxtı Bakı şəhəridir. Dövlət dili Azərbaycan dilidir. Dünyəvi dövlətdir. 66 rayon, respublikaya tabe 11 şəhər və 1 muxtar respublikaya (Naxçıvan Muxtar Respublikası) bölünür. Xəzər dənizinin sularıyla yuyulur. Qurudan Rusiya, Gürcüstan, Ermənistan və İranla həmsərhəddir.

Naxçıvan Muxtar Respublikası – şimal-şərqdən Ermənistan, cənub-qərbdən İran, şimal-qərbdən Türkiyə ilə həmsərhəddir. Dövlətin müstəqilliyi 28 may 1918-ci ildə elan edilmişdir. 1918-ci ildə elan edilmiş Azərbaycan Demokratik Respublikasını müsəlman dünyasında ilk dünyəvi demokratik respublika adlandırırlar. Dinamik inkişaf edən iqtisadiyyatı ilə aqrar- sənaye ölkəsidir. Azərbaycan təbii şəraitləri ilə təəccüb doğurur: ölkənin ərazisində dəniz sahilləri və çaylar, yüksək dağ silsilələri və düzənliklər, yarımsəhralar, gözəl mənzərələri, şəlalələri, dağ çayları, şəffaf sulu bulaqları, dərin dərələri, yaşıl çəmənləri, isti və mineral çeşmələri, çox təmiz dağ havası olan meşə massivləri.

Azərbaycan öz ərazisinə görə Cənubi Qafqaz respublikaları arasında ən böyüyüdür (rəsmi sərhədlər çərçivəsində ərazisi 86,6 min kv. km.). Azərbaycanın iqlim zonaları müxtəlifdir – Lənkəran və Talış ovalıqlarının ilıq və rütubətli subtropiklərindən Qafqazın yüksək qarlı dağlarına qədər. Əhalinin əksər hissəsi müsəlman-şiələrdir (təxminən 85%). Təxminən 15% müsəlman-sünilər təşkil edir. Dövlətin ərazisində, təbii ki, digər xalqlar da yaşayır. Lakin bu gün Azərbaycan dünyəvi dövlətdir və heç bir mübahisə və münaqişələrə baxmayaraq bütün dini hərəkətlər arasında əmin-amanlığı qoruyub saxlamağı bacarmışdır, və buna görə müstəqil inkişaf etmək və özündə yeni nümayəndələri qəbul etmək imkanı malikdir. Əsas din – İslam. Çünki əhalinin 99.2% müsəlmandır. Dövlət dili – Azərbaycan dili. Lakin daimi inkişafa və xarici təsirə görə, bütün insanlar demək olar ki, rus və ingilis dillərini yaxşı anlayırlar. Azərbaycanın paytaxtı Bakı şəhərdir. Dünyanın ən gözəl şəhərlərindən biridir, Xəzər dənizinin qərb sahilində, eyniadlı körfəzin sahilində, neft yataqları ilə zəngin Abşeron yarımadasının cənub hissəsində yerləşir. Qədim zamanlardan Bakını “İşiqlar şəhəri” və “küləklər şəhəri” adlandırılar. Suraxanı rayonunda yerləşən Atəşgah (Od yeri) atəşpərəstlər məbədi (XVII əsr) şəhərə təşrif buyuran qonaqlarda böyük maraq yaradır. Bu məbəd təbii qazın çıxdığı əbədi sönməz alovların yerində qala üzərində inşa edilib. Məhəmmədli kəndinin yaxınlığında maraqlı təbii faktı müşahidə edə bilərsiniz: qayaların ətəyində yanan təbii qazın çıxmağı. Bu yer Yanardağ – “Yanan dağ” adlanır. Bakı Cənubi Qafqazın ən iri sənaye, iqtisadi və elmi-texniki mərkəzi, habelə Xəzər dənizinin ən iri portu və Qafqazın ən böyük şəhəridir. Şəhərin vizit kartları Qız Qalası, Şirvanşahlar Sarayı, Bibi Heybət Məscidi, İçəri şəhər, Heydər Əliyev Mərkəzi və sairə kimi maraqlı və gözəl yerlərdir. Bakının ərafında, Abşeron yarımadasının bütün perimetri boyunca çoxlu sayda çimərliklər var. Turistlərin və istirahət edənlərin xidmətində Xəzər dənizinin sahilində yerləşən bir çox otel, istirahət evləri və sanatoriyalar durur.

Azərbaycan turizmi

Bu gün respublikanın siyasi arenada aktiv fəaliyyət aparmaq üçün əlverişli iqtisadi imkanları var. Sürətlə inkişaf edən sənaye sayəsində ölkənin böyük şəhərləri daima möhtəşəm memarlıq tikililəri ilə abadlaşdırılırlar və əsl müasir meqapolislərə çevrilirlər. Lakin, xalqının çoxəsrlik zəngin mədəniyyətini göstərən və bunu unutmaq fikrində olmayan kiçik rayon və şəhərlər yenə də mövcuddur. Hətta ən müasir avropalaşdırılmış şəhərlərdə belə kiçik rayonlar var ki, orada Siz istənilən zaman məşhur ləziz Azərbaycan plovunu dada bilərsiniz. Bu rayonlarda məşhur xalçaların satıldığı köhnə bazarlarda gəzməkdən zövq alacaqsınız. Azərbaycan tam yeni və qızğın sürətdə inkişaf edən sənaye və turizmlə dəstəklənən qədim ənənələrin birləşməsidir. Azərbaycana gələn turistlər üçün ekskursiya turları təşkil olunur. Bu ekskursiya turlarına Şamaxının, İsmayıllının, Bakının, Şəkinin, Qaxın, Qubanın görməli yerlərinin ziyarəti, Bakıya, Nabrana, Xudata, Xaçmaza, Lənkərana, Astaraya çimərlik turları, Masallının, Naftalanın termal sularına müalicəvi turlar və istirahət daxildir. Gəncənin mineral sularında də istirahət populyardır. Dağ turizminin inkişafı üçün Qəbələ rayonunda beşulduzlu otellərin şəbəkəsi ilə infrastruktur yaradılmışdır, 2011-ci ildə isə Qusar rayonunda Şahdağ dağının ətəyində beynəlxalq səviyyəli müasir dağ-xizək kurortu istismara verilmidir.