дşəhərlər

ƏbuDabi

Əbu-Dabi dövlətin rəsmi paytaxtı, əmirliklərin inzibati mərkəzi və Prezident iqamətgahıdır. Ümumi sahəsi 67000 kv. metr olan yeddi əmirlikdən ən böyüyüdür, tərkibinə Ərəb yarımadasını haşiyələyən 200 ada daxildir. Bu əmirlik – çox müasir urbanistik mənzərələrin və qədim Şərq ənənələrinin təsirli ahəngidir. Ştatın eyniadlı paytaxtı  dünyanın ən dəbdəbəli şəhərlərindən biridir ki, burada yaşıllıqların bolluğu sayəsində onu əhatə edən səhra ilə müqayisədə orta temperatur bir yarım dərəcə  aşağıdır.

Əbu-Dabinin əsası, burada suyu aşkar etmiş köçərilər tərəfindən 1976-cı ildə qoyulmuşdur. Onlar burada məskunlaşaraq, oazisi karvansaraya çevirməklə adət edilmiş həyat tərzini dəyişməyə qərar vermişlər. Neft və qaz yataqlarının müvəffəqiyyətli istismarı şəhərin infrastrukturuna böyük sərmayələr qoymağa imkan vermişdir, buna görə Əbu-Dabini müasir dünyanın ən nəfis və dəbdəbəli şəhərlərindən biri adlandırmaq olar.

Bura gələn xarici vətəndaşları Əbu-Dabidəki yaşıllıqların bolluğu heyrətə gətirir.  Heyrətləndirici dərəcədə təmiz küçələr, əla təchiz edilmiş sahillər, yüzlərlə fəvvarələr,  yaşıllıq və parkların bolluğu, çox sayda məscidlər, şərq bazarı – bütün bunlar müasir kosmopolit Əbu-Dabidir.

Əbu-Dabi körfəzi, dəbdə olan külək sörfinqi, yelkənli və motorlu qayıqlarda yarışlar kimi su idman növləriylə məşğul olmaq üçün əla yerdir. Ənənəvi balıqçı şxun-daularında qayıq yarışları, taxta abralarında (qayıqlarında) avarçəkənlərin yarışları daim keçirilir.

On kilometrlik Corniche Road dəniz kənarı küçəsi Şərqin ən böyük park sahəsinə çevrilib. Burada, ən məşhurları daxil olmaqla (“Qəhvədan”, “Qu quşu”, “Vulkan”, “Mirvari” və başqaları)  paytaxtın 90 fəvvarələrinin çox hissəsi yerləşir.

Əbu-Dabidə istirahət –həmçinin, ərazisindən yeni laqunaya ən gözəl mənzərə açılan süni yaradılmış Lulu adasına baş çəkməkdir. Şəhərin digər tərəfindən isə daha bir gözəl mənzərəyə- qırmızı qumlu qum təpələri. tamaşa etmək olar. Keçmişin, indinin və gələcəyin birləşməsi məscidlərin, muzeylərin, müasir supermarketlərin, şərq bazarlarının, təhsil müəssisələrinin, mədəniyyət və incəsənət mərkəzlərinin birlikdə sülh içində yaşamasında ifadə edilir. Əbu-Dabidə, istənilən müsəlman şəhərində olduğu kimi bir çox məscid tikilib. Şəhərin istənilən nöqtəsindən bir qədər əcaib bəzədilmiş bir neçə minarələri bir baxışdan görmək olar.

Əbu-Dabidə bir çox maraqlı və müxtəlif ekskursiya yerləri təklif edilir: Sizə, dəvədə gəzmək və vertolyotda uçmaq, ulduzlu səma altında gecələməylə səhra safarisində və qumlu xizəklərdə gəzmək, dəvə yarışlarına tamaşa etmək və ekzotik qısaquyruq  gecə ovunda iştirak etmək, şeyxin elitar atıcılıq klubunda güllə atmaq və Fars körfəzinin sularında balıq tutmaq təklif edəcəklər.

Dubay

Dubay Şərqin yaxşı tanınmış ticarətin mərkəzidir. O, indi də ənənəvi ərəb nəqliyyat gəmiləri üçün liman kimi xidmət edən kanalla iki böyük hissəyə bölünür. Dünyada tanınmış Qızıl Bazarı gözü sevindirən qiymətli metal və daşların gözqamaşdırıcı müxtəlifliyini nümayiş edir.

Dubay – biznes üçün unikal şəraitləri olan sürətlə inkişaf edən ticarət mərkəzidir. Sərgilərin, konfransların, seminarların və korporativ istirahətin keçirilməsi üçün mükəmməl bir yerdir. Dubaya biznes-səfərləri xüsusilə xoşdur, çünki burada ilin istənilən vaxtı istirahəti işlə birləşdirmək və dəniz kurortunda bir neçə gün keçirmək mümkündür.

Yerli iqlim və birinci dərəcəli idman tikililəri, aktiv istirahətə üstünlük verənlər üçün əmirliyi mükəmməl bir məkan edir. Dünyanın nadir ölkəsi BƏƏ-lər kimi idman əyləncələri sahəsində belə imkanları ilə lovğalana bilər. Hər şeydən öncə, bu, əlbəttə ki, su və sualtı idmanın bütün növləridir: külək sörfinqindən tutmuş sualtı üzgüçülüyə qədər.

Hər il Dubaya, mükafatı böyük pul məbləğləri olan olduqca yadda qalan idman hadisələri (məşhur idman növlərindən – qolf, tennis, at yarışları) keçirilir.

Dubay-Jumeirah rayonu plyaj istirahəti üçün mükəmməldir – bu bir çox ən yüksək sinifli mehmanxanaları olan çoxkilometrli qumlu çimərlikdir, habelə yeddi ulduzlu Burc el Ərəb və altı ulduzlu Jumeirah Biçdir. Yaxınlıqda 24  akvaparklı “Wild Wadi” su attraksionu var.

Dubayda müxtəlif idman növləriylə məşğul olmaq imkanı var: aviaidmanla, veloidmanla, yelkənli qayıq idmanıyla, alpinizmlə, su xizəkləriylə, balıq tutmayla,  ovçuluqla, kartinqlə, tüfəngdən və ya yaydan atışla, boulinqlə, bilyardla, kegelbanla və peyntbolla. Eyni zamanda, ekzotika istəyən sadiq idman pərəstişkarları Dubayda özləri üçün bəzi yeni imkanlar  kəşf edəcək. Çünki yerli tur-operatorlar Sizə qum xizəklərini sürməyi və ya dəvə üstündə gəzintini təklif edə bilərlər.

Ailə istirahəti də diqqətdən kənar qalmamışdır. Şəhərdə uşaqların əylənə biləcək  bir çox park və  oyun meydançaları var. Ailə istirahəti üçün, ölçüsü, BƏƏ-ri kimi suyu az olan ölkə üçün doğrudan da nəhəng olan 12 akr sahəni tutan Vayld Vadi tematik parkının ziyarət etmək maraqlı olacaq.  Akvaparkın yanında kiçik turistlər üçün daha bir cazibədar yer var – Jumeirah Biç Parkı, burada da su attraksionları, oyun meydançaları, pikniklər üçün kölgələnmiş masalar və örtülü hovuzlar  var.


RəsalXeyma

Rəs-el-Xeyma BƏƏ-nin ən şimali və məhsuldar, habelə ən gözəl əmirliklərindən biridir. 1700 kv. kilometrlik kiçik ərazidə təbii landşaftların və təbiətin görməli yerlərinin sarsıdıcı müxtəlifliyi təqdim edilib. Əlverişli iqlim və məhsuldar torpaqlar onu əsl çiçəklənən oazis edib. Əhalisi 250 min insandan yuxarı olan bu əmirlik zəngin ticarət keçmişi ilə məşhurdur. Rəs-əl-Xeyma təbiətinin korlanmamış gözəlliyi və ruhu dayandıran mənzərələr əmirliyi BƏƏ-də ən perspektivli turizm istiqamətlərindən biri  edir. Birləşmiş Ərəb Əmirliklərinin qərb sahilində yerləşən əmirlik uzunluğu 64 km. olan qum çimərlikləri və Fars körfəzinin büllur kimi təmiz suları ilə səyahətçiləri  özünə cəlb edir. Əmirliyin qonaqları fəal istirahətin imkanlarını (üzgüçülük, qolf və  balıqçılıqdan başlayaraq) səhra safarisi və əsl bədəvi qəsəbələrinin ziyarətinədək) tam ləyaqətlə qiymətləndirəcəklər. Çox sayda attraksion və əyləncələrin təqdim edildiyi İceland Sizə yayın qızmarından xilas olmağa kömək edəcək.