Yunanıstan

Yunanıstan

Yunanıstan Balkan yarımadasının cənubunda, çoxsaylı adalarda, Aralıq dənizinin  şərq hissəsində yerləşir. Onun ərazisi 132 min kv. kilometr təşkil edir və bir neçə iri tarixi vilayətə bölünür: Frakiya, Makedoniya, Epir, Fessaliya, Mərkəzi Yunanıstan, Peloponnes, Egey dənizinin adaları, Krit, İon dənizinin adaları. Yunanıstan Avropanın ən çox turist axını olan ölkələrindən biridir. Və buna səbəb yalnız  orada olan çox gözəl çimərliklər, yay istirahəti üçün yarayan iqlim və təmiz dəniz deyil. Yunanıstan açıq səma altında muzeydir. Hər şəhəri qədimliyin ruhuyla hopdurulmuşdur. Yunanıstanın hətta ən kiçik kəndlərində belə qədim qalanın xarabalıqlarlarını və ya antik məbədlərin fraqmentlərini tapmaq olar. May ayının ortası və sonu Yunanıstanda istirahət üçün ən əlverişli vaxtdır. Bu vaxt hələ isti deyil, turistlər az olur və artıq dənizdə çimmək mümkündür. Yunanıstanda məxmər mövsüm  sentyabr və oktyabr aylarıdır.

Yunanıstan əsasən dağlıq ölkədir. Onun ən yüksək zirvəsi Olimp (2917 m) şimal Fessaliyasında yerləşir. İki min metrlik işarənin üstündə həmçinin Pind, Parnas, Peloponness  və Tayget şimalında dağ silsiləsi ucalır.

Coğrafi baxımdan Yunanıstan müxtəlifdir. Bir tərəfdən – uca dağlar və dağ silsilələri, digər tərəfdən – dənizi çərçivəyə salan qurunun krujevalı haşiyəsinin saysız-hesabsız sürprizləri. Məhz sahillərin bu dərin kələ-kötürlüyü Yunanıstana, onu Aralıq Dənizi ərazidə tək və təkraredilməz edən o qeyri-adi gözəlliyi verir. Relyefin eyni müxtəlifliyi, nə vaxtsa, milyon il əvvəl, qurunun davamı olan yunan dərinliklərinin dəniz dibləri üçün də tipikdir.

Afina

Afina şəhəri Yunanıstanın paytaxtı və eyni zamanda bu dövlətin iqtisadi, mədəni və  inzibati mərkəzidir. Şəhər onun himayəçisi hesab edilən məşhur qədim yunan müdriklik və müharibə ilahəsi Afinanın şərəfinə adlandırılmışdır. Öz çiçəklənməsini hələ iki minillikdən daha çox əvvəl yaşamış antik şəhərdir. Afina ən böyük sivilizasiyanın beşiyidir, qədim əsrlərdən gəlmiş əfsanələrlə bürünmüş şəhərdir. Unudulmaz hadisələrlə dolu Afinanın zəngin tarixi, çox gözəl iqlim şəraiti, həmçinin şəhər küçə və meydanların gözəlliyi və orijinallığı dünyanın müxtəlif güşələrindən bura gələn turistlərdə yunan paytaxtına böyük maraq yaradır. Bu şəhər teatrın vətənidir. Qədim yunan teatrında faciələr şərab Allahı Dionisin könlünü almaq məqsədi ilə qoyulurdu,  komediyalara tamaşa isə plebeylərin məşğuliyyəti hesab edilirdi. Qədim Yunan teatrının səhnəsində ancaq kişilər oynaya bilərdi. Qədim Yunan teatrında mimika istifadə olunmurdu, bunun yerinə müxtəlif emosiyaları təsvir edən maskalar tətbiq edilirdi. Afinada 1986-cı ildə ən birinci Olimpiya oyunları keçirilib. Həmçinin, müasir dövrün Olimpiya oyunları burada iki dəfə yer almışdır. Maraqlısı odur ki, qadınların birinci Olimpiya oyunlarında iştirak etmələrinə icazə vermirdilər: on dörd ölkədən gəlmiş bütün idmançılar (241 nəfər) kişi idi. Habelə, Qədim Yunan Afinalarında Olimpiya oyunları keçirilirdi ki, burada Qədim Yunanıstanın ən yaxşı atletləri öz aralarında idman bacarığında yarışdılar.Bottom of Form

    QədimQ

  

Santorini

Santorini Yer üzündə ən romantik yerlərdən biri və Kiklad adasında ən populyar kurortdur. Onun fərqləndirici xüsusiyyəti, sönmüş vulkanın fəaliyyətiylə şərtləşdirilmiş geoloji quruluşudur. Xüsusilə, bizim eradan əvvəl 16 əsrdə burada, adanın bəzi  sahələrinin su ilə basılmasına və kraterin yaranmasına gətirib çıxaran ən güclü püskürmələrdən biri baş vermişdir.

Santorinin adı çəkiləndə alimlərin çoxu özlərini qədim Atlantidanın zamanında hiss edirlər. O, qərbdə sıldırımlı sahil xəttinə, şərq sahilində isə saysız-hesabsız çimərliklərə (çınqıllı və qumlu) malikdir. Gəmi dayanacağı, Santorinin Fera  (və ya Fira) adlı inzibati mərkəzinə çatmaq mümkün olan kiçik balaca Afinyos kəndində yerləşir. Həm də Siz piyada gəzintisinə çıxa, balaca eşşəyin üstündə gəzə və ya funikulyordan istifadə edə bilərsiniz.

Şəhər özü kifayət qədər mənzərəlidir. Küçələrin, məhəllələrin və alaqapıların  kəsişmələrinə düşsəniz burada asanlıqla aza bilərsiniz. Tarix və incəsənət həvəskarlarına  isə  yerli muzeylərə baş çəkmək məsləhət görürülür.