Avstriya & Amsterdam

Avstriya 

Avstriya – Mərkəzi Avropa dövlətidir. Şimalda Çexiya, şimal-şərqdə Slovakiya, şərqdə – Macarıstan, cənubda- Sloveniya, İtaliya və İsveçrə, qərbdə isə Lixtenşteyn, İsveçrə və Almaniya ilə həmsərhəddir. Federativ dövlət, parlament respublikasıdır. Dövlət dili: alman (Avstriya tələffüzü ilə). Avstriya dünyanın ən varlı ölkələrindən biridir. Pul vahidi avrodur. Bu ölkənin hər bir guşəsi turistlər üçün öz “dadlı tikəsini” hazırlayıb. Opera, görməli yerlər və arxitektura həvəskarları, əlbəttə ki, Avstriyanın paytaxtı Vyana şəhərinə, klassik musiqi pərəstişkarları isə Zalsburq şəhərinə gedirlər. Büllur kimi şəffaf göl və mineral bulaqlardan həzz almaq istəyənlər ecazkar Karintiyanı ziyarət edirlər. Müasir incəsənət pərəstişkarları onlara maraqlı olanı Avstriyanın “mədəni” şəhəri Qratsda tapa bilərlər. Gözəl mənzərə və kristal kimi təmiz göllər həvəskarları, Avstriyanın ən məşhur oğlu Volfqanq Amadeyin bir zaman yaşadığı dağətəyilərində yerləşən Zalsburqa gedirlər. Avstriya Avropa regionunun Qərbi Avropa zonasının Alp turizm rayonuna aid edirlər, çünki ölkə ərazisinin əksər hissəsini Alp dağları əhatə edir. Ölkə “professional üçün klassik Avropa dağ-xizək istiqaməti” statusuna tam haqlı olaraq iddia edir. Avstriya keçmiş dövrlərin bəlağətli şahidləri olan təmtəraqlı qala və saraylarla zəngindir. Lakin bir tarixi abidədən digərinə keçərək, asanlıqla zamanda səyahət etmək olar! Avstriyanın paytaxtı Vyana şəhəridir. Şəhər Avstriyanın şərq hissəsində Alp dağlarının ətəyində, Dunay çayının sahilində yerləşir. Nəinki bütün Avropanın, həm də bütün dünyanın ən qədim şəhərlərindən biridir. Şəhərin əsası Roma dövründə qoyulub. Vyana vals, incəsənət, qalereya və gözəl parklar ansamblı şəhəridir. Amma bununla yanaşı, şəhər imperiya ruhludur və ən çoxmillətli Avropa imperiyasının paytaxtıdır. Vyana tamamilə ədalətli olaraq dünyanın ən gözəl və maraqlı paytaxtlarından biridir. Motsart, Ştraus, ştrudel, şnisel və qəhvəni də yada salmamaq olmaz. Bütün bunlara, hətta bunlardan da artığına Vyana küçələrində rast gəlmək olar. Vyananın görməli yerlərinin siyahısı

  • Vyana operası – dünyanın ən məşhur operalarından biri.
  • Şöhbrun sarayı – Avstriya imperatorlarının yay iqamətgahı.
  • Belvedere saray kompleksi
  • Hundertvasser evi – memar Hundertvasserin evi.
  • Hofburq – Qabsburqların Vyana iqamətgahı.
  • Müqəddəs Ştefan kafedralı (Ştefan Sdom).
  • BMT-nin Vyanada beynəlxalq mərkəzi – VIC.

Zalsburq şəhəri Avstriyanın qərb hissəsində yerləşir və Zalsburq federal torpağının mərkəzidir. Zalsburq, Vyana, Qrats, Linsdən sonra ərazinə görə Avstriyanın dördüncü şəhəridir. Şəhər Zalts çayının sahillərində, Alp dağlarının ətəyində yerləşir. Cənubdaki dağ mənzərəsi şimala doğru sərilən düzənliklərlə ziddiyyət təşkil edir. Barokko üslubunda tikilən qalalar və çoxsaylı kilsələr ucalan köhnə şəhər Zalsax çayının sol sahilində yerləşir. Turistləri bura cəlb edən şəhərin dar küçələri və qədim binaların mürəkkəb barka fasadları, xüsusən Festunqberqin təpəsindən çox mənzərəli görünür. Oraya kanat yolu ilə çıxmaq mümkündür. Adət edilmiş muzey və qalereyalarla yanaşı, burada bir neçə interaktiv ekspozisiyalar var. Qışda Avstriya Alpının kurortlarına getmək istəyən xizəkçilər üçün Zalsburq göndərmə nöqtəsi olur. Şəhərin bir növ simvolu bütün dünyada məşhur olan bəstəkar Volfqanq Amadey Mosartdır. Onun dünyaya gəldiyi yer isə ən iri turizmin ən gözəl yerlərindən biridir. Virtuoz musiqiçinin adına yalnız küçələr, meydanlar və sərgilər deyil, həm də çoxsaylı qəhvəxana və mağazalar da adlandırılmamışdır.

Zalsburqun görməli yerlərinin siyahısı

  • Aysrizenvelt buz mağarası
  • Mirabel park və qalası
  • Xoenzalsburq qalası
  • Hellbrun sarayı
  • Untersberq Təbii Parkı
  • Zalsburqun kilsə məhəlləsi

Niderland qərbi Avropa hissəsindən və Karib dənizində Boneyr, Sint Estatius və Saba adalarından ibarət olan dövlətdir. Qərbi Avropada ərazisi Şimal dənizi ilə yuyulur, Almaniya və Belçika ilə həmsərhəddir. Niderland, Aruba, Kürasao və Sint-Marten adaları ilə birlikdə Niderland Krallığına daxildir. Niderlandı “Hollandiya” adlandırırlar, bu da rəsmi cəhətdən səhvdir. Cənubi və Şimali Hollandiya Niderlandın 12 əyalətlərindən yalnız ikisidir. Tarixən bu iki ən inkişaf etmiş və Niderlandın xaricində tanınan ən məşhur əyalət idi, buna görə də bir çox dillərdə bütün ölkəni tez-tez Hollandiya adlandırırlar. Dövlət dili Niderland dilidir. Qeyri-adi təbiətə, çoxsaylı qalalara və qədim şəhərlərə malik olan Qərbi Avropanın ən mənzərəli dövlətlərindən biridir. Niderlandda səyahət edərkən mütləq Zaanse Sxansaya getmək və məşhur külək dəyirmanlarına tamaşa etmək, Kökenhof Milli parkına, mənzərəli Harlemin şəhərciyinə, səliqəli Utrextə və ölkənin ən gözəl şəhərlərindən biri olan Delfta baş çəkmək lazımdır. Rotterdamda ən maraqlı olan şəhərin əski hissəsi Delfshaven, habelə Dünya muzeyi, Boijmans Van Beuningen muzeyi, Dəniz muzeyi, Kunstxalle, Euromast, Müqəddəs-Lorentskerk kilsəsi və Botanika bağıdır. Niderlandın ürəyi onun paytaxtı Amsterdam şəhəridir. Avropanın ən gözəl şəhərlərindən biridir, habelə ölkənin mədəni mərkəzidir. Şəhərdən keçən çoxsaylı kanallar onun vizit kartlarından və turistlərin sevimli gəzinti yerlərindən biridir.

Amsterdamda olarkən hökmən məşhur Dam meydanında və paytaxtın mərkəzi küçəsi olan Damrakda gəzməyə dəyər. Ən gözəl gəzməli yerlərin arasında möhtəşəm Kral sarayını, məşhur Madam Tüsso muzeyini, Munttoren qülləsini, Yeni kilsəni, Müqəddəs Nikolay kilsəsini, Skreyyerstoren və Montelbanstoren qüllələrini, Rembrant ev-muzeyini, Vinsent Van Qoq muzeyini, Niderland Milli muzeyini və Reykmyuseum Dövlət muzeyini ayırd etmək olar. Heçdə az məşhur olmayan yerlər də var: Anqlikan kilsəsi, Beginaj, Allard Pirson Arxeoloji muzeyi, NEMO muzeyi, Almaz muzeyi, şəhərin ən gözəl Blauburq və Maxere-bryuq körpüləri, Çiçək bazarı.

Amsterdamın görməli yerlərinin siyahısı