Moskva
Moskva – Rusiya Federasiyasının paytaxtıdır, federal mahiyyətli şəhərdir, Mərkəzi federal dairənin və bu Rusiya regionunun tərkibinə daxil olmayan Moskva vilayətinin inzibati mərkəzidir. Nəinki Rusiyada, hətta Avropada ən çox əhalisi olan milyonçu-şəhərdir. Moskva şəhərinin əhalisi 12 108 257 nəfər (1 yanvar 2014-cü ilə) təşkil edir. Şəhər əhalisinin sayına görə planetin ən iri meqapolislər onluğuna daxildir.
Moskva yeddi təpədə yerləşmiş şəhər hesab edilir. Eyni sayda – yeddi– nişan tikililəri də var. Moskva hökumətinin rəsmi saytında bu yeddi nişanlar sadalanlardır: V.İ. Lenin adına Kitabxana, Tverskaya küçəsindəki Mərkəzi teleqraf, P.İ. Çaykovski adına Konsert zalı, Oxotnıy Ryadda “Moskva” mehmanxanası, M.V. Frunze adına Hərbi akademiya, Puşkin meydanında “İzvestiya” qəzetinin redaksiyası və Elmlər akademiyasının binası.
Paytaxt statusu Moskvaya Böyük Moskva knyazlığı dövründə XIV əsrin sonunda verilmişdir, lakin bu hüquq Rus çarlığı vaxtlarından etibarən (1547 – 1721 il) hər yerdə tanınmışdır. I Pyotrun hakimiyyəti dövründə paytaxt statusunu itirdiyindən sonra, Moskva (1728 – 1730) paytaxt adlanmaq hüququnu qısa müddətə özünə qaytarmışdır, lakin demək olar ki, iki yüzillik müddətinə onu yenidən itirərək ancaq 1918-ci ildə bərpa etmişdir.
Bu gün burada Rusiya Federasiyasının federal hakimiyyət orqanları (Konstitusiya məhkəməsindən başqa), beynəlxalq səviyyədə tanınmış 144 dövlətlin səfirlikləri, ən böyük ticarət təşkilatları və bankların ofisləri, ictimai hərəkatların qərargahları yerləşir.
Paytaxtın dörd tarixi obyekti olan Moskva Kremli, Qırmızı meydan, Kolomenskoyedə Voznesenski kilsəsi və Novodeviçiy monastırı – YUNESKO-un Ümumdünya irsi siyahısına daxil edib. Moskvada 12 inzibati ərazi, 125 dairə və 21 qəsəbə var.
Sankt-Peterburq
Sankt-Peterburq tamamilə ədalətli olaraq ən gözəl Avropa şəhərlərindən biri hesab edilir. Tez-tez Rusiyanın “şimal paytaxtı” adlandırılan və üçyüzilliyini qeyd etmiş şəhər – yalnız açıq səma altındakı muzey deyil, həm də Rusiya tarixinin son üç yüz ilinin sadəcə təcəssümüdür. 11 imperator, onlarla daşqın, inqilab, üçillik blokada və iqtisadi islahat görmüş Peterburq hətta ən çox gəzib-görmüş turisti belə təəccübləndirməyə qadirdir.
İmperator Birinci Pyotr dəniz küləklərinə və Avropa əsmələrinə açılmış yeni paytaxt tikmək haqqında qərar qəbul etdikdə, şəhərin əsasına birinci daş 1703-cü ildə qoyulmuşdur.
Şəhərin tikilməsi Dovşan adasından başlamışdır ki, orada ilk olaraq Petropavlovsk qalası inşa edilməyə başlamışdır. On səkkizinci əsrin ortasına qədər Peterburq ancaq və ancaq praqmatik düşüncələrə əsaslanaraq tikilirdi, şəhərin bəzəyi haqqında az fikirləşirdilər, böyük daş binalar az sayda idi. Lakin Yelizaveta Petrovnanın hökmranlığında şəhərin, paytaxta layiq böyük binalarla bəzədilməsinin qayğısına qalmağa başlamışdılar. Məhz həmin dövrdə, hazırda Ermitajın yerləşdiyi Qış Sarayının tikintisi başlamışdır. Aniçkov sarayı, Smolnı sarayı və Vladimir kilsələri inşa edilmişdir. II Yekaterina hökmranlığı zamanı, Peterburq üçün, necə ki, bütün Rusiya üçün parlaq inkişaf dövrü başlamışdır. Onun taxta çıxdığı vaxtı şəhərdə təxminən 60 min sakin, amma otuz ildən sonra paytaxtda artıq 230 min insan yaşayırdı. Məhz Yekaterinanın hakimiyyəti dövründə şəhərin daş binalarla tikilməsi başlamışdır. Onu hökmranlığı dövründə paytaxtın əsas arxitektura tikililəri inşa edilmişdir və ya inşa edilməyə başlamışdır: Saray meydanı, Kamennoostrovski və Yelaqin sarayları. I Pyotrun məşhur abidəsi – Mednıy Vsadnik qurulmuşdur. Eyni zamanda Aleksandr Nevski Lavrasının ərazisi tikilirdi.
On doqquzuncu əsr rus incəsənətinin, həmçinin arxitekturasının qızıl əsri hesab edilir. Həmin dövrdə İsaak və Kazan kilsələri, Mariinski sarayı, hazırda Rus muzeyi yerləşən Mixaylovski sarayı, Xilaskar Qanı məbədi və arxitekturanın bir çox digər abidələri tikilmişdir. Məhz bu epoxada şəhər, onun simasında indiyə qədər saxlanmış xüsusiyyətləri tədricən əldə etməyə başlamışdır – düz küçələr, tərzin ciddiliyi və tikilmənin sıxlığı. Digər Rusiya şəhərlərinə bənzəməyən Peterburq tez-tez fəlsəfi düşüncələr obyekti, bədii əsərlərin hadisə yeri və poemaların qəhrəmanı olurdu.
Burada incəsənət yenilikləri də meydana çıxıb inkişaf edirdi – Peterburqu öz əlavə yazma limanı hesab edən Qoqoldan rus rokunadək. Peterburq sakinləri, ən yaxşı rus yazıçıları Puşkin və Dovlatovun burada Neva çayının sahilində yaşamaqlarına, Peterburq universitetinin Avropanın on ən yaxşı universitetlər sırasına daxil olmasına, Mariinski teatrında və Ermitajda incəsənətin ən yaxşı əsərlərinin olmasına istinad edərək, öz şəhərini mədəni paytaxt hesab edirlər.
Mineralnıye Vodı
Qafqazın Minernıye Vodı kurortlarının unikallığı, orada çoxsaylı və tərkibinə görə müxtəlif mineral sularının və müalicə palçıqlarının toplanmasında, ekzotik landşaftların, əlverişli iqlim şəraitlərinin, həmçinin kurort-sanatoriya komplekslərinin və Jeleznovodsk, Yessentuki, Kislovodsk, Pyatiqorsk kimi kurort-şəhərlərinin inkişaf etmiş infrastrukturlarındadır.
Mineral sularının çeşidinə görə Mineralnıye Vodı regionunun nəinki Rusiyada, habelə bütün dünyada bərabəri yoxdur. Qafqazın Mineralnıye Vodı kurortunun ərazisində 30 çeşiddə 130 mineral sular mənbələri aşkar olunmuşdur. Mineral sularının müxtəlifliyi, yüksək keyfiyyətli müalicə palçıqlarının mövcudluğu, iqlimin xüsusiyyətlərinin müalicə məqsədlərində istifadəsi Qafqazın Mineralnıye Vodı kurort regionu üçün tibbi göstəriclərin diapazonunu və onun hər bir kurortunun müalicə profilinin ixtisaslaşmasını bütovlüklə müəyyən etmişdir. Rusiya Federasiyası Hakimiyyətinin 17.01.2006-cı il tarixli 14 N-li qətnaməsi ilə Yessentuki, Jeleznovodsk, Kislovodsk və Pyatiqorsk şəhərlərinə federal mahiyyətli kurort-şəhərlər statusu verilmişdir. Hər il Qafqazın Mineralnıye Vodı kurortlarında 700 mindən çox insan müalicə olunur və dincəlirlər.