Hindistan

Hindistan   

Hindistan dövləti Cənubi Asiyada yerləşir. Şərqdə  Birma və  Banqladeş, Şimalda Çin, Nepal və Əfqanistan, qərbdə isə Pakistan ilə həmsərhəddir. Cənub tərəfi Polk   boğazı və Hind okeanı, şərq tərəfi Benqal körfəzi, qərb tərəfi isə Ərəb dənizi ilə  yuyulur. Hindistanın ərazisində 460-dan çox müxtəlif muzey fəaliyyət göstərir ki, onların arasında Mədrəsə – Milli şəkil qalereyası və hakimiyyət muzeyi əsas muzeylər hesab edilir. Varanasidə – Sarnat muzeyi, Nyu-Dehlidə – Milli muzey. Bombeydə – Qərbi Hindistan muzeyi, Kəlküttədə – Birla texnologiya muzeyi, Hindistan muzeyi var.  Muzeylərdən başqa Hindistan arxitektura və tarixi abidələr ilə zəngindir. Kəlküttə şəhərinin Maydan parkında Viktoriya memorialı var. Habelə botanika bağı və Müqəddəs Pavel kilsəsi bu şəhərin tarixi abidələrindən biridir. Nyu-Dehlidə bir neçə hindu məbədi də var ki, onların arasında Birla Mandir və Balkeş məbədləri əsas məbəd hesab edilir. Aqra qalasındaki Moti məscidi (Mirvari məscidi), Tac-Mahal, Cahangir –Mahal Mərmər məqbərəsi öz qapılarını  turistlərə açır.