Amerika

(ABŞ, Amerika Birləşmiş Ştatları) – həm ölçülərinə, həm əhalisinin sayına, həm ÜDM (Ümumi Daxili Məhsulun) həcminə, həm dünya siyasətinə təsirinə, həm də bir çox başqa amillərə görə ən böyük dünya dövlətlərindən biridir və ərazisinin sahəsinə görə dünyada dördüncü yeri tutur. ABŞ-nın əksər hissəsi (48 ştatı) Şimali Amerika qitəsinin mərkəzi hissəsində  yerləşir – bunlar ABŞ-ın kontinental ştatlarıdır. Alyaska ştatı yarımadada, Şimali Amerikanın şimal-qərbində, Havay ştatı isə,  Sakit okeanda Havay adasında yerləşir. ABŞ şimaldan Kanada və cənubdan Meksika ilə həmsərhəddir. Alyaskada ABŞ-nın su sərhədi var. Ölkənin nəhəng ərazisi sayəsində ABŞ-da hər cür relyefə rast gəlmək olar – ovalıqlardan dağ silsilələrinə və iqlimə qədər – arktik şaxtalardan tropik istiyə qədər. Dünyanın etnik cəhətdən ən müxtəlif və multi-mədəni dövlətlərindən biridir. ABŞ-ın əhalisi dünyanın çox dövlətlərindən iri həcmli immiqrasiya nəticəsində yaranıb və buna görə ölkədə bütün irq, milliyyət və dinlərə aid insanlara rast gəlmək olar. ABŞ-da dövlət dili yoxdur, lakin faktiki olaraq ən yayılmış və Amerikada ümumi qəbul edilmiş dil ingilis dilidir. ABŞ əlli ştat və bir federal dairədən (habelə, xüsusi statusa malik ərazi) ibarət federal konstitusiya respublikasıdır. Mili valyutası ABŞ dollarıdır. ABŞ-nın paytaxtı Kolumbiya federal dairəsində yerləşən Vaşinqton şəhəridir. ABŞ-nın çoxsaylı gözəl görməli yerləri bu ölkəyə turistləri cəlb edir. Ən maraqlı və ən çox baş çəkilən məkanların arasında unikal təbii obyektlər var: Nyu-York ştatındakı Niaqara şəlaləsi, Arizonada Qrand Kanyon, Aydaho, Vayominq və Montananın sərhədində Yelloustoun Milli parkının qeyzerləri, tarixi abidələri (Koloradoda qeyri-adi Mesa Verde qayalıq şəhəri və ya Virciniya ştatındakı birinci Amerika Prezidenti Corc Vaşinqtonun Maunt Vernon malikanəsi), orijinal memarlıq tikililəri (məşhur Empayr Steyt Bildinq və Kraysler Bildinq  göydələnləri); Nyu-Yorkda Bruklin körpüsü və San-Fransiskoda  “Golden Gates”) və müxtəlif əyləncə mərkəzləri – Florida və Kaliforniyada “Disneyland”, Nevadada Las Veqas kazinosu və Nyu-Cersidə “Atlantic-City”, Brodvey teatrları və, əlbəttə ki, Azadlıq Heykəli. Böyük şəhərlər alış-veriş və mədəniyyət arası ünsiyyət üçün yaxşıdır, amma çimərlik istirahəti üçün  Kaliforniyaya və Floridaya getmək lazımdır. Kurort istiqamətlərinin dəyişməz lideri Havay adaları qalır, həmçinin yaxşı sahilləri Cənubi Karolinada, Men, Massaçusets və  Virciniya ştatlarında tapmaq olar. Sinirlərini qıcıqlamaq və şövqün burulğanına daxil olmaq istəyənləri Las-Veqasın festivalı dəvət edir. Arizona ştatına səyahətçiləri  ibtidai qüvvə və Qrand Kanyonun əzəməti cəlb edir. Kaliforniya və Oklaxoma ştatlarında  ABŞ-da yaşayan hindilərin çox hissəsi yığışıb, müasir rezervasiya və inklərin, asteklərin və mayaların qədim şəhərlərinin ərazilərində ekskursiyalar keçirilir. İdman həvəskarları Mayami çimərliklərində böyük məmnuniyyətlə sörfinqlə məşğul olacaqlar və ya Aspenin, Biver-Krikin, Brekenricin, Veylin və Koloradonun digər qış kurortlarında dağ xizəklərini sürəcəklər.

Nyu-York dünya əhəmiyyətli meqapolis və əhalisinin sayı 8,3 milyondan artıq olan ABŞ-nın ən iri şəhəridir. Amerika Birləşmiş Ştatlarının iqtisadi və maliyyə mərkəzi, habelə dünyanın ən məşhur şəhərlərindən biridir. “New-York City” ABŞ-nın şimal-şərqində Atlantik okeanın sahilində yerləşən “Metropolitan New York” adlanan nəhəng şəhər aqlomerasiyasının mərkəzidir. İnzibati cəhətdən şəhərin özü 5 rayona bölünür.  Bu, gücün, giqantizmin və imkanın nümunəsi, mədəniyyətlərin və tərzlərin toxunması, dillərin müxtəlifliyidir. Bu, dünyada ən yaxşı incəsənət, memarlıq, musiqi  və dəblərin nümunələridir. Nyu-Yorka gələn istənilən ziyarətçinin gözlərinə ilk baxışdan şəhərin göydələnləri çarpır – Vulvort, Empayr Steyt Bildinq, Siqrem, Konde-Nast. Nyu-Yorkun ikinci oriyentiri Azadlıq Heykəlidir ki, onsuz bu şəhəri təsəvvür etmək olmaz. Bu heykəl eyniadlı adada ucaldılıb. Həmin adanın yanında Qudzon çayının mənsəbində Ellis adlı ada-muzey yerləşir. Növbəti marşrut məntəqəsi turistlər arasında ən populyardır – Hayd parkın yanında Muzey mili. Hər şey, Qərb yarımkürəsinin ən böyük bədii toplusu olan Metropoliten muzeyindən başlanır. Çoxsaylı teatr və şou-proqralmarıyla şöhrət qazanmış Brodvey, şəhərin ən uzun küçəsidir. “Financial District” rayonunda “Wall Street” və Nyu-Yorkun fond birjası yerləşir. Manhetten və Bruklin arasındakı Bruklin körpüsünü görməmək mümkün deyil. Dünyaca məşhur “Times Square”də Baltimor teatrı və dünyanın ən böyük oyuncaq mağazası yerləşir. Zoopark və  Botanika bağı Broksdadır. Rokfeller Mərkəzi və dəbdəbəli mağazalar cərgəsi Beşinci Avenyu və Medsonda yerləşir. Soho çoxsaylı qalereyaları ilə məşhurdur. “Kənd Nyu-Yorkun”a aid məşhur Mərkəzi parkda, dəbdəbəli “Pelham Bay” parkında, səliqəli “Fort-Tryon” parkında və digər bir çox parklarda yaxşı vaxt keçirmək olar.