Misir

Misir

Misir Şimali Afrikada və Sinay yarımadasında yerləşir və buna görə iki qitənin ölkəsidir. Şimal-şərqdən İsrail, Qaz Sektoru, cənubda Sudan, qərbdə isə Liviya ilə həmsərhəddir. Misirin ərazisi şimaldan Aralıq, şərqdən isə Qırmızı dənizin sularıyla yuyulur. Dövlət dili ərəb dilidir. Şəhərlərdə ingilis və fransız dilləri geniş yayılıb. Ölkənin qərbində bəzi oazislərin əhalisi bərbər dilində danışır. Milli valyutası Misir funtudur EGP. Cazibədar və günəşli Misir dünya sivilizasiyasının beşiyidir. Bu, yaşı bir neçə minillikdən ibarət təəccüblü bir ölkədir. Müxtəlif dövrlərin və sivilizasiyaların ən maraqlı tarixi və mədəni görməli yerləri, həmçinin Aralıq və Qırmızı dənizlərin sahillərində əla kurortlar Sizin istirahətinizi rəngbərəng və unudulmaz edəcək. Misirin vizit kartı, sözsüz ki, Qədim Misirin unikal memarlıq abidələri olan ehramlardır. Onların arasında ən məşhurları Qiza (Qahirənin şəhərətrafısı) Ehramlarıdır. Onlar dünyanın yeddi möcüzəsindən biri hesab edilir (müasir zamanadək qorunub saxlanılmış yeganə möcüzə). Faktiki olaraq, ehramlar kompleksi Xeops, Xefren və Mikerin ehramları kimi nəhəng, habelə bir sıra daha kiçik ehramlardan ibarət olan qədim Misir nekropoludur. Xefren ehramının yanında monolit əhəngli qayadan yonulmuş əzəmətli heykəltəraşlıq əsəri Nəhəng Sfinks dayanır.

Misirin paytaxtı Qahirə şəhəri elə özü ölkənin əsas görməli yeridir. Bu şəhər “Min Minarə” şəhəri və “Şərqin qapısı”dır. Şəhərdə çox miqdarda memarlıq abidələri və bir çox maraqlı muzeylər var. Şəhərin ən maraqlı görməli yerlərinin arasından Misir muzeyinin, Kopt muzeyinin, Sina Dağının, Abu Qalum qoruğunun, Rəngli Kanyonun, Bakirə Müqəddəs Mariya Kilsəsinin, Qahirə teleqülləsinin və Xan əl Xəlili Bazarının  adını çəkmək olar. Təmtəraqlı  Şarm əl-Şeyxdə nəinki çimərliklərdən, həm də memarlıqdan həzz almaq olar. Yanında çox gözəl yaşıl bağın salındığı Əzəmətli Əl-Mustafa məscidini də hökmən görmək lazımdır. Qırmızı və Aralıq dənizlərində dayvinq, sörfinq və  analoji əyləncələr üçün çoxsaylı kurortlar yaradılıb.