İsveçrə dəqiqlik, stabillik, etibarlılıq, neytralıq və yüksək həyat səviyyəsinin simvoludur.
İsveçrə müxtəlif təbiət landşaftlarına və zəngin tarixə malik Qərbi Avropa dövlətidir. İsveçrənin əsası üç meşə kantonu “əbədi ittifaq”ı bağlayanda 1291-ci ildə qoyulmuşdur. Ölkə ərazisinin əksər hissəsini Alp (Alpen) və Yura (Jura) dağları təşkil edir ki, onların sayəsində İsveçrə dağ-xizək turizminin ən populyar istiqamətlərindən biri hesab edilir.
Dünyanın ən gözəl və mənzərəli ölkələrindən biri İsveçrə, ən dəqiq saatlar, ən ləziz şokolad və pendir istehsal edən bir ölkə kimi şöhrət qazanıb. İsveçrə bankları, dünyanın heç bir dövlətində olmadığı kimi etibarlı və stabildir; siyasətdə tam neytrallığa riayət edilir. Yaşayış səviyyəsi isə ən yüksəkdir! Buna görə ölkə camaatı sakit və qayğısızdır.
İsveçrə, stressdən azad olmaq üçün Avropada ən yaxşı yerdir. Bu təmiz havası, dağ gölləri, tələsməyən həyat ritmi olan Alp ölkəsində həqiqi mənəvi tarazlıq və dinclik əldə etmək olar. Yerli hava, yorğunluq, yuxusuzluq və depressiyaya qarşı universal vasitədir. Mənzərəli ətraf yerlərdə gəzintilər isə unudulmaz təəssüratlar bəxş edəcək. Ölkə stressin növündən asılı olaraq müxtəlif istirahət növlərini təklif edir. Stressi sinir sisteminin tükənməyi səviyyəsində olanlar üçün Leukerbardın sularında istirahət və ya ən yavaş qatar “Buz ekspress”də səyahət təklif edilir.
Gstaad “Tənbəllik və darıxma” adlanan xüsusi proqram təklif edir: istirahət edənlərə addımölçən verirlər və günün sonuna ən az addım atan iştirakçıya çox dadlı mükafat təqdim edirlər. Məşhur Sankt-Morits kurortunda Sizə sakit dağ-xizək enişlərində yoqa dərsləri təklif ediləcək. Sürixdə Mark Şaqal işlərinin muzeyinə, Luzerndə klassik musiqi konsertlərinə baş çəkmə, Luqanoda rahat alış-veriş bədən və ruhunuzu qayğısız edəcək.
İsveçrə ilin istənilən vaxtı turistləri cəlb edir. Dekabrdan aprelin əvvəlinədək burada dağ-xizək idman növünün həvəskarları üçün cənnətdir – Alp trasları möhtəşəmdir. İsveçrə şəhərləri bütün il boyu görməli yerlərin həvəskarları üçün populyardır. Yay mövsümü Alp enişləri boyunca gəzintilər, tənəffüs, dayaq-hərəkət, həzm orqanları və sinir sisteminin müalicə edildiyi istilik kurortlarında istirahət üçün tam uyğundur.
Sürix
Sürix İsveçrənin şimal-şərqində, su səthi dəniz səviyyəsindən 406 metr yüksəklikdə uzanan Sürix gölünün (Zürichsee) sahilində yerləşən İsveçrənin ən iri şəhəridir. Şəhərin ən aşağı hissəsi Limmat çayının sahilləri boyunca 392 metr yüksəklikdə, ən yüksək nöqtəsi isə 871 metr hündürlükdə yerləşən Uetliberg dağlarıdır.
Sürixin Əski şəhəri, göldən şimala doğru axan, sonra yavaş-yavaş qərbə doğru istiqamətlənən Limmat çayının hər iki sahilini tutur. Şəhərin tarixi mərkəzi Lindenhof sakin və İsveçrə turunu seçmiş paytaxtın qonaqları üçün istirahət yeridir. O, çayın sol sahilində və hündürlüyü 428 metr olan eyniadlı təpəcikdə yerləşir.
Sürixin dənizdən kifayət qədər uzaq yerləşməsinə baxmayaraq, buranın iqlimi kontinental rütubətli, okean iqliminə yaxındır. Şəhərdə temperatur yumşaqdır, hərarətdə kəskin dəyişiklər olmur, hər dörd fəsil özünü göstərir. Qışda termometrin göstəricisi – 2… +3,5°С diapazonda dəyişir, yay aylarının orta temperaturu isə təxminən +22°С bərabərdir. Sürixdə rütubətli iqlimə görə tez-tez yağışlar yağır (yağıntının orta illik miqdarı 1136 millimetr təşkil edir), oktyabrdan aprelədək isə bərk qar da olur. Əksər hallarda yağıntıları qərb küləyi gətirir, halbuki, şərqdən və ya şimal-şərqdən əsən bize küləyi ilə şəhərdə soyuqlar düşür.
Bern
İsveçrə Federasiyasının faktiki paytaxtı Bern şəhəri demək olar ki, bütün tarixi boyunca qonşulara qarşı açıq işğalçı siyasətini yürüdən regionun hərbi cəhətdən ən güclü şəhər-dövləti idi. Eyni zamanda, məhz Bernin hərəkətləri nəticəsində, İsveçrə öz müasir simasını əldə edib. 1405-ci ildə şəhər onu əsasına qədər məhv etmiş güclü yanğına məruz qalmışdır. Yanmış evlərin bərpasına sakinlər demək olar ki, 200 il sərf etmişdir və onların əməkləri sayəsində bu gün biz unikal Bernin orta əsr mənzərəsini praktik olaraq dəyişməz görmək imkanına malikik – İsveçrədə istirahətdə olmuş istənilən şəxs uzun müddət yaddaşında onu təsvir edəcək.
Xüsusi ittifaqın yaranmasından sonra Bern, güc tətbiq etməklə qiyamın yatızdırılması üçün ilk çıxış etmiş kanton olmuşdur. Sonralar Bern qoşunları Sonderbunda qarşı mübarizəyə atılmış Konfederasiyanın 100-minlik gücünün çox hissəsini təşkil etmişdir. Rəqibi dağıdan şəhər 1848-ci il konstitusiya layihəsinə əsasən səsvermə nəticəsində İsveçrə Konfederasiyasına paytaxtı seçilmişdir və bununla dövlətin tarixində yeni səhifə açmışdır.